AZƏRBAYCAN HELSİNKİ YEKUN AKTININ BÜTÜN PRİNSİPLƏRİNİ YERİNƏ YETİRİR
Azərbaycan ATƏT-in Helsinki Yekun Aktının bütün prinsiplərini yerinə yetirir, Ermənistan isə əksinə, onlara qarşı çıxır.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 14-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistanın xarici siyasət idarəsinin başçısı E.Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların Helsinki Yekun Aktının 2-ci və 4-cü bəndləri əsasında aparılması barədə bəyanatını şərh edərkən bildirmişdir.
Nazirliyin rəsmisi bildirmişdir ki, sənədin 2-ci bəndinə görə, Helsinki Yekun Aktının heç bir iştirakçısı digərinə qarşı gücdən istifadə etməməlidir. Ermənistan isə bu bəndə tamamilə zidd hərəkət edərək digər dövlətin ərazisini güc tətbiq etməklə ələ keçirmişdir. Digər tərəfdən, E.Nalbandyan bu bəyanatı verməklə işğalçının onların iddia etdiyi kimi, Qarabağın hansısa qüvvələri yox, məhz Ermənistan olduğunu birbaşa etiraf etmişdir.
Sənədin 4-cü bəndində dövlətlərin ərazi bütövlüyünün qorunmasından bəhs olunduğunu vurğulayan X.İbrahim demişdir ki, Helsinki Yekun Aktının bu bəndinə əsasən heç bir iştirakçı dövlət digərinin ərazi bütövlüyünə şübhə ilə yanaşmamalı və ona qarşı fəaliyyət göstərməməlidir. Ermənistan bu bəndin tələblərini də pozmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]