AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQI KONFEDERASİYASININ SEMİNARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və “Kənd-Qida-İş” Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə “Konfederasiyanın üzvü olan həmkarlar ittifaqları təşkilatlarının rolu” mövzusunda seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə AHİK sədrinin müavini Cavanşir Alxasov açaraq bildirmişdir ki, ölkədə ictimai-siyasi sabitlik bərqərar olmuş, demokratiya, insan hüquq və azadlıqlarının təmin olunması üçün böyük işlər görülmüşdür.
O demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş fərman və sərəncamları həmkarlar ittifaqları təşkilatlarının fəaliyyət dairəsini genişləndirməyə imkan vermişdir.
C.Alxasov qeyd etmişdir ki, AHİK-in ötən dövr ərzində fəaliyyətini məqbul hesab etmək olar.
“Kənd-Qida-İş” Həmkarlar İttifaqları Federasiyası sədrinin müavini Təhmasib Vəliyev Əmək Məcəlləsinə bəzi dəyişikliklər və əlavələr barədə danışmış, “İşçilərin sosial-iqtisadi mənafelərinin müdafiəsində həmkarlar ittifaqları ilk təşkilatlarının rolu” mövzusunda məruzə etmişdir.
Sonra respublika sahə həmkarlar ittifaqlarının rəhbər işçiləri çıxış etmiş, seminar işini qruplarda davam etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]