Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ II QURULTAYI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR

Fevralın 5-də Opera və Balet Teatrında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II qurultayı öz işinə başlamışdır. 

Konfederasiyanın sədri Səttar Mehbalıyev qurultayı açdı.

Azərbaycanın Dövlət himni səsləndi.

Sonra gündəlik elan edildi, qurultayın rəhbər orqanları seçildi.

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev dövlətimizin başçısı Heydər Əliyevin qurultaya təbrik məktubunu oxudu. Qurultay iştirakçıları Prezidentin səmimi təbrikini hərarətli alqışlarla qarşıladılar.

Bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri təbrik sözü söylədilər.

Sonra Konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ötən qurultayından keçən dövr ərzində görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.

Natiq respublikamız müstəqilliyə qovuşduqdan sonra göstərilən çoxsaylı təzyiqlərə, eləcə də, həmkarlar ittifaqları təşkilatlarını şəxsi məqsədlər naminə alətə çevirmək istəyən ayrı-ayrı qrupların siyasi ambisiyalarına baxmayaraq, ölkəmizin həmkarlar ittifaqlarının öz strukturlarında dövrün tələblərinə müvafiq əsaslı islahatlar apararaq, Həmkarlar İttifaqları Konfederasiyasını yaratdıqlarını xatırlatdı. Bildirildi ki, Prezident Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə diqqət və qayğı artıb. Həmkaralar ittifaqlarının cəmiyyətdə statusunu müəyyənləşdirən “Həmkarlar ittifaqları haqqında”, “Kollektiv müqavilələr və sazişlər haqqında”, “Fərdi əmək müqavilələri haqqında” və digər normativ- hüquqi aktlar qəbul edilmişdir. Azərbaycanın həmkarlar ittifaqları həmişə olduğu kimi, xalqın mənafeyini müdafiə edən, onun rifahının yaxşılaşması, daha xoşbəxt gələcəyi uğrunda mübarizə aparan bütün siyasi və ictimai qüvvələri dəstəkləyir.

Konfederasiyanın sədri qeyd etdi ki, 1,5 milyondan çox üzvü olan həmkarlar ittifaqları yalnız işçilərin mənafeyini müdafiə edir və xalqın iradəsinin əleyhinə gedən, konstitusion dövlət quruluşuna və qanuni yolla seçilmiş Prezidentin siyasətinə zidd çıxan qüvvələrə qarşı həmişə barışmaz mövqe tutmuş və tutacaqdır.

Məruzəçi birmənalı şəkildə bəyan etdi ki, həmkarlar ittifaqları həmişə olduğu kimi, bundan sonra Prezident Heydər Əliyevin müdrik siyasi xəttini dəstəkləyəcəkdir. Qarşıdan prezident seçkiləri gəlir. Təbii ki, xalq, eləcə də onun ayrılmaz tərkib hissəsi olan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri özünün sınanmış rəhbərinə - Heydər Əliyevə böyük inamla səs verəcəklər. Konfederasiyanın bütün üzv təşkilatları özlərinin qurultayqabağı plenum, konfrans və məclislərində qarşıdan gələn prezident seçkilərində Heydər Əliyevin namizədliyini irəli sürəcəklərini və yalnız ona səs verəcəklərini bəyan etmişlər. Həmin yığıncaqların iştirakçıları bu barədə tapşırığı təmsil etdikləri həmkarlar ittifaqları təşkilatlarının sıravi üzvlərindən aldıqlarını xüsusi vurğulamış, xalqın əksəriyyətinin prezident seçkilərində Heydər Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əmin olduqlarını bildirmişlər. Məruzəçi həmkarlar ittifaqları üzvlərinin yekdil fikrini ifadə edərək, qurultay nümayəndələri adından 2003-cü ilin prezident seçkilərində Heydər Əliyevin namizədliyinin irəli sürülməsini təklif etdi.

Konfederasiyanın sədri bildirdi ki, hazırda 22 sahə, iki federativ tipli həmkarlar ittifaqı və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası Konfederasiyanın üzvüdür. İndi respublika üzrə 5383 özəl təşkilatda 280 min 895 həmkarlar ittifaqı üzvü fəaliyyət göstərir.

Natiq həmkarlar ittifaqlarının təşkilati cəhətdən möhkəmləndirilməsində, bir sıra mühüm proqramların həyata keçirilməsində, qanunvericilik aktlarının qəbul olunmasında, əməkçilərin hüquqlarının qorunmasında, sosial problemlərin həllində və digər işlərin görülməsində Konfederasiyanın rolu barədə geniş məlumat verdi.

Sonra məruzə ətrafında müzakirələr başlandı. Sahə həmkarlar ittifaqlarının sədrləri çıxış edərək, hesabat dövründə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Bütün natiqlər qarşıdan gələn prezident seçkilərində Heydər Əliyevin namizədliyinin irəli sürülməsi barədə təklifi yekdilliklə dəstəklədiklərini bildirdilər.

Qurultayda Təftiş komissiyasının hesabatı dinlənildi. Konfederasiyanın Nizamnaməsinə, habelə Təftiş komissiyasının Əsasnaməsinə əlavə və dəyişikliklər edildi.

Sonra qurultay təşkilat məsələsinə baxdı. Milli Məclisin deputatı Səttar Mehbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçildi.

Qurultay qətnamə qəbul etdi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası II qurultayının nümayəndələri Azərbaycan xalqına ünvanladıqları müraciətdə təmsil etdikləri həmkarlar ittifaqları təşkilatlarının milyon yarımlıq üzvü adından respublikamızda bu il keçiriləcək prezident seçkilərində Heydər Əlirza oğlu Əliyevin namizədliyini irəli sürəcəklərini bəyan edərək, hamını bu təklifi dəstəkləməyə çağırdılar. Qurultay nümayəndələri Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul etdilər.

Fevralın 6-da qurultay öz işini davam etdirəcəkdir.

Qurultayda Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq