Azərbaycan Hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı Əməkdaşlığa dair Çərçivə sənədi imzalayıb
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, sənədin imzalanması təşkilatla əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə xidmət edən mexanizmlərin icrasına töhfə verəcək.