AZƏRBAYCAN İDMANÇILARI AVROPA ÇEMPİONATINDA 11 MEDAL QAZANIBLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın hərbi-idman çoxnövçülük üzrə milli yığmasının üzvləri Ukraynada keçirilən Avropa çempionatından vətənə 4 qızıl, 5 gümüş və 2 bürünc medalla qayıtmışlar. Komandanın baş məşqçisi Vüqar Muradov AZƏRTAC-ın müxbirinə bildirib ki, Xarkovda keçirilən qitə çempionatında Azərbaycanı 17 idmançı təmsil etmişdir. 13 ölkədən 200-ə yaxın idmançının iştirak etdiyi yarışda Aslanbəy İbrahimov (Bakı), Fətəli Məmmədli (Göyçay), Siyavuş Bayramov (Bakı) və Orxan Məmmədov (Bakı) qızıl, Əli İsgəndərli (Göyçay), Məhərrəm Seyidov (Xaçmaz), Vasif Abdullayev (Göyçay), Anar Gülmalıyev (Bakı) və Məhəmməd Məmmədli (Göyçay) gümüş, Vəkil Qasımov (Bakı) və Tariyel Dadaşov (Naxçıvan) bürünc medal qazanmışlar.
Azərbaycan idmançılarından ikisi yarımfinalda və finalda erməni döyüşçüsü ilə qarşılaşmış və rəqibini məğlub etmişlər.
Xatırladaq ki, bu idman növü üzrə keçirilən yarışlarda idmançılar hədəfə atəşaçma, silahsız əlbəyaxa və bıçaqla döyüş aparmaqla qüvvələrini sınayırlar. Bu idman növü özündə 6 müxtəlif döyüş üslubunu birləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]