AZƏRBAYCAN İLƏ AVSTRİYA ARASINDA HÜQUQİ SAHƏDƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Dövlətlərimiz arasında yaranmış səmərəli əməkdaşlıqdan danışan nazir F.Məmmədov, ümummilli lider Heydər Əliyevin 2000-ci ilin iyulunda Vyanaya rəsmi səfərinin bu münasibətlərdə yeni mərhələ açdığını vurğulamışdır.
Azərbaycanın ədliyyə naziri ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklər, o cümlədən məhkəmə-hüquq sahəsində aparılan mütərəqqi islahatlar barədə ətraflı məlumat vermiş, respublikamızın Prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi haqqında 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən görülən tədbirlərdən danışmış, şəffaf proseduralarla seçilmiş hakimliyə namizədlərlə tədris prosesinin davam etdirildiyini bildirmiş, Azərbaycanın və Avstriyanın ali məhkəmələri arasında imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin məhkəmə sisteminə töhfə verəcəyinə ümidvar olduğunu söyləmişdir.
Görüşdə ölkələrimizin hüquqi sahədə əməkdaşlığının davamlı surətdə inkişaf etdiyi vurğulanmış, yaranmış sıx əlaqələr, o cümlədən Avstriya və Azərbaycan ədliyyə nazirlərinin qarşılıqlı səfərləri, ədliyyə və prokurorluq orqanları arasında əməkdaşlığa dair sənədlərin imzalandığı və hüquqşünaslarımızın faydalı təcrübə mübadiləsindən bəhrələndikləri qeyd olunmuşdur.
Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarını və görülən tədbirləri yüksək qiymətləndirən qonaq, respublikamızda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən islahatlar nəticəsində yaradılmış müstəqil Məhkəmə-Hüquq Şurasını xüsusi dəyərləndirmiş, ölkəsinin bu təcrübədən yararlanacağını qeyd etmiş, Avstriyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığının genişləndirilməsinə hazır olduqlarını diqqətə çatdırmışdır.
Tədbirdən sonra qonaq nazirlikdə Heydər Əliyev muzeyi və ədliyyə tarixi muzeyində eksponatlarla tanış olmuş, xatirə kitabına ürək sözlərini yazmışdır.
Görüşdə ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmişdir.