Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında təhsilin müxtəlif sahələri üzrə əməkdaşlıqdan məmnunluq ifadə olunub və inkişaf perspektivləri müzakirə edilib.