AZƏRBAYCAN İLƏ FRANSANIN TƏHSİL SAHƏSİNDƏ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir Misir Mərdanov Fransanın ölkəmizdəki səfiri Qabriel Kelleri ilə görüşmüşdür.
Görüşdə M.Mərdanov Azərbaycan ilə Fransanın təhsil sahəsində əlaqələrindən danışmış və bu sahədə əməkdaşlığı genişləndirmək üçün iş aparıldığını bildirmişdir.
2007-ci ildə Fransanın QNUS təşkilatı ilə nazirliyi arasında saziş imzalandığını xatırladan nazir həmin sazişə əsasən 13 tələbənin Fransada təhsil almağa göndərildiyini söyləmişdir. M.Mərdanov hazırda həmin ölkədə təhsil almaq üçün 45 azərbaycanlı gəncin nazirliyə müraciət etdiyinidə diqqətə çatdırmışdır.
Nazir, eyni zamanda, ayrı-ayrı ali məktəblərimizdə, o cümlədən Bakı, Naxçıvan, Lənkəran Dövlət universitetlərində fransız dilinin yüksək səviyyədə tədris olunduğunu bildirmişdir.
Q.Keller ölkələrimiz arasında təhsil əlaqələrinin əhəmiyyətini və bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]