AZƏRBAYCAN İLƏ GÜRCÜSTANIN ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÜÇÜN ZƏNGİN POTENSİAL VARDIR
AZƏRTAC xəbər verir ki, parlamentin sədri qonaqlara demişdir ki, ölkələrimiz arasında qədim tarixə malik dostluq əlaqələri vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Həmin siyasət bu gün də uğurla davam etdirilir. Bakı-Tbilisi–Ceyhan, Bakı-Tbilisi–Ərzurum kəmərləri, İpək Yolu nəqliyyat dəhlizinin genişləndirilməsi ilə bağlı layihələrin gerçəkləşməsi Azərbaycanı və Gürcüstanı iqtisadi cəhətdən qüdrətli dövlətə çevirəcəkdir. Qonşu respublikada 500 mindən çox azərbaycanlı yaşadığını söyləyən M.Ələsgərov onların mövcud problemlərini S.Zurabişvilinin nəzərinə çatdırmışdır.
Səmimi qəbul üçün minnətdarlıq edən Salome Zurabişvili demişdir ki, ölkələrimiz arasında möhkəm təmələ malik dostluq əlaqələri bundan sonra da uğurla inkişaf etdirilməlidir. Bunun üçün geniş potensial vardır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]