AZƏRBAYCAN İLƏ İRAN ARASINDA DİN SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA PROTOKOL İMZALANACAĞI GÖZLƏNİLİR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev İran İslam Respublikasının mədəniyyət və islam ənənələri təşkilatının sədri Mahmud Məhəmməd Əraqinin dəvəti ilə yanvarın 6-dan 10-dək bu ölkədə rəsmi səfərdə olacaqdır.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı İİR mədəniyyət və islami irşad naziri Əhməd Məscid Camei və müxtəlif ictimai təşkilatların rəhbərləri ilə, İmam Sadiq və Rezavi universitetlərində, Tehran Universitetində görüşlər keçiriləcək, müqəddəs yerlər ziyarət olunacaqdır. Dövlət Komitəsinin sədri İranın dini təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələrlə də görüşmək fikrindədir.
Səfər zamanı din və dini təhsil sahəsində əməkdaşlığı genişləndirmək məqsədi ilə danışıqlar aparılacaq, müvafiq protokolun layihəsi müzakirə edilib imzalanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]