AZƏRBAYCAN İNVESTİSİYA ŞİRKƏTİ VƏ “DET.AL HOLDİNG LİMİTED” ŞİRKƏTLƏR QRUPU GƏNCƏDƏ POLADTÖKMƏ ZAVODU TİKƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə “Det.Al Holding Limited” şirkəti arasında Gəncə şəhərində poladtökmə zavodunun inşası layihəsinin gerçəkləşdirilməsində əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanmışdır.
Tərəflər əməliyyat şirkətinin yaradılmasına dair razılaşma əldə etmişlər. AİŞ-in həmin layihədə iştirak payının həcmi 25 faizdən artıq olmamaq şərti ilə biznes plan hazırlandıqdan sonra müəyyən olunacaqdır.
Memorandumda layihənin icrası istiqamətində digər zəruri olan tədbirlərin həyata keçirilməsi şərtləri də öz əksini tapmışdır.
İllik istehsal gücü 1 milyon ton polad pəstahı olacağı planlaşdırılan zavodun tikintisi “Daşkəsən Filizsaflaşdırma” ASC-nin polad kompleksinin inşası layihəsi çərçivəsində həyata keçiriləcəkdir.
Xatırladaq ki, “Det.Al Holding Limited” şirkətlər qrupunun üzvü olan “Det.Al Ltd.” şirkəti “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi olmuşdur. Şirkət hazırda investisiya öhdəliklərinin icrasını həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:34]
Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib
- 12.06.2026 [12:29]