Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
AZƏRTAC xəbər verir ki, “525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin Hüseynli Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini səsləndirib.
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib.
Qeyd edək ki, qurultay çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinə yeni üzvlər seçiləcək.
09:25
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib.
Qeyd edək ki, qurultay çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinə yeni üzvlər seçiləcək.