AZƏRBAYCAN KİNOSUNUN 110 İLLİYİNƏ HƏSR EDİLMİŞ KİNOBÜLLETEN HAZIRLANIR
Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirmişdir ki, topluda bu işlə məşğul olan həm dövlət, həm də özəl şirkətlərin istehsal etdikləri sənədli, bədii, cizgi filmləri haqqında məlumatlar yer almışdır.
Kinobülletendə ölkədə istehsal olunmuş 3 mindən çox bədii, sənədli və cizgi filmləri, film istehsal edən şirkətlər haqqında da geniş məlumatlar vardır. Eldar Quliyevin «Girov», Oqtay Mirqasımovun «Ovsunçu», Elxan Qasımovun «Biz qayıdacağıq», Nicat Feyzullayevin «Küçələrə su səpmişəm», Oleq Səfərəliyevin «Əlvida, cənub şəhəri» və sair ekran əsərlərindən söz açılan nəşrdə müasir Azərbaycan filmləri də diqqətdən yayınmamışdır.
Topluda filmlərin istehsal ili, formatı, növü, rejissoru, operatoru, ssenari müəllifi, aktyorları, eləcə də qısa annotasiyası verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]