Azərbaycan komandası Aktauda diasporlar arasında minifutbol turnirinin qalibi olub
Bakı, 8 dekabr, AZƏRTAC
Aktau şəhərində Qazaxıstan Xalq Assambleyasının Manqistau vilayəti üzrə nümayəndəliyi tərəfindən “Qələbə birlikdədir” minifutbol turniri təşkil olunub.
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, etnomədəni birliklər arasında keçirilmiş turnirdə burada yaşayan azərbaycanlıların “Dostluq” Etnomədəni Birliyinin komandası da iştirak edib. Həmvətənlilərimizin komandası finalda “Rus icması” komandasını məğlub edərək turnirin qalibi olub.
Bu münasibətlə konsul Ayxan Süleymanlı “Dostluq” Etnomədəni Birliyinin sədri, komandanın oyunçuları, məşqçisi və diasporumuzun fəalları ilə görüşüb.
Görüşdə baş konsul komandanı turnirin qalibi olması münasibətilə təbrik edib, gələcək yarışlarda uğurlar və yeni-yeni zəfərlər arzulayıb.
Komandanın yaradılması, üzləşdikləri problemlərdən, ehtiyac olan təminatlardan söz açılıb və gələcək hədəflər barədə fikir mübadiləsi aparılıb.
Sonda A.Süleymanlı turnirdə fərdi nominasiyalar üzrə “Ən yaxşı hücumçu”, “Ən yaxşı oyunçu” adını alanlara, eləcə də komandanın bütün üzvlərinə baş konsulluğun adından təşəkkürnamələr və hədiyyələr təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]
Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]