Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN KONSTİTUSİYA MƏHKƏMƏSİNİN 10 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, iyulun 14-də Bakıda “Hyatt Regensy-Naxçıvan” mehmanxanasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 illiyinə həsr olunmuş “Konstitusiya məhkəməsi qərarlarının icrası konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi prosesinin mühüm mərhələsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və Avropa Şurası Venesiya Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış və məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.

Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlayan konfransda Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin yaradılmasının onuncu ildönümü münasibətilə təbrik məktubunu oxumuşdur (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qurumun yaranma tarixindən, fəaliyyət göstərdiyi dövrdə həyata keçirdiyi tədbirlərdən, dövlət hakimiyyəti sistemindəki mühüm rolundan danışmışdır. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycanda 1993-cü ildən başlayaraq həyata keçirilən irimiqyaslı islahatlar nəticəsində ölkəmiz davamlı sosial-iqtisadi yüksəlişə nail olmuş, əhalinin rifahının yüksəlməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Azərbaycan çox yüksək iqtisadi inkişaf göstəricilərinə malik ölkələr sırasındadır.

F.Abdullayev vurğulamışdır ki, qeyd olunan amillər Azərbaycanda, həmçinin qanunvericilik, məhkəmə-hüquq, institusional və digər sahələrdə ciddi islahatların aparılmasına, sosial-mədəni, hüquqi dəyərlərin inkişafına zəmin yaratmışdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız ölkədə demokratik, hüquqi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlar açmışdır.

Konstitusiyanın müddəalarından irəli gələn prinsiplərin həyata keçirilməsində, onun aliliyinin təmin edilməsində mühüm rola malik olan Konstitusiya Məhkəməsinin yaranmasından keçən 10 ilə nəzər salan natiq, bu orqanın ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etdiyini, qəbul etdiyi qərarlarla hər bir vətəndaşın Əsas Qanuna və digər qanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın və hüquq mədəniyyətinin inkişafına dəyərli töhfələr verdiyini qeyd etmişdir. Vurğulanmışdır ki, məhkəmə ötən dövrdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyətini daim təkmilləşdirmiş, beynəlxalq təcrübəni, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu mənimsəməyə və tətbiq etməyə çalışmışdır.

F.Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti dövründə 150 qərar, o cümlədən fərdi şikayətlər üzrə 58 qərar qəbul olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu qərarlarda bir sıra normativ hüquqi aktlar Konstitusiyaya uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmiş, Əsas Qanunun və digər qanunların ayrı-ayrı müddəaları şərh edilmiş, pozulmuş hüquq və azadlıqların bərpa olunması ilə yanaşı, mövcud təlimatlar sistemi təkmilləşdirilmiş, zəruri hüquqi mövqelər formalaşdırılmışdır.

Konstitusiya Məhkəməsinin sədri qeyd etmişdir ki, bu gün insan hüquq və azadlıqları dövlətlərin müstəsna daxili işi olmaqdan kənara çıxaraq, bütün beynəlxalq ictimaiyyətin ümumi problemi kimi nəzərdən keçirilir. Təsadüfi deyildir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə beynəlxalq birliyə hərtərəfli inteqrasiya dövlətimizin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu siyasət çərçivəsində Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasına, sivil dəyərlərin cəmiyyətimizdə layiqli yerini tutmasına və dövlətimizin modernləşdirilməsi prosesinə yönəlmiş bir sıra mühüm işlər görüldüyü qeyd edilmişdir.

Konfransın çox aktual və vacib bir məsələyə - Konstitusiya Məhkəməsinin qərarlarının icrası probleminə həsr edildiyini qeyd edən F.Abdullayev əmin olduğunu bildirmişdir ki, aparılacaq müzakirələr və fikir mübadiləsi həmin istiqamətdə işin təşkilinə əhəmiyyətli təsir göstərəcəkdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin layihə rəhbəri Tomas Herman Konstitusiya Məhkəməsinin kollektivini yubiley münasibətilə təbrik edərək onlara uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, təsis edilməsindən qısa bir dövr keçməsinə baxmayaraq, Azərbaycan Konstitusiya Məhkəməsi əldə etdiyi nailiyyətlərlə həm respublikanın dövlət hakimiyyəti sistemində fəal rol oynamış, həm də beynəlxalq aləmdə əlaqədar sahədə geniş nüfuz qazanmış quruma çevrilmişdir.

Sonra əslən bakılı, Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri İqor Roqov “ Qazaxıstan Respublikası Konstitusiya Şurasının qərarlarının qanunvericiliyə və hüquqtətbiqetmə təcrübəsinə təsiri”, Türkiyə Konstitusiya Məhkəməsinin hakimi Sacit Adalının “Konstitusiya Məhkəməsinin qərarlarının icrasında Türkiyə təcrübəsi”, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyevin “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının milli səviyyədə icrası”, Macarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Piter Pakjolayın “Macarıstanda qanunvericilik boşluğu barədə elan edilən Konstitusiya Məhkəməsinin qərarlarının icra edilməsi təcrübəsi”, Moldova Konstitusiya Məhkəməsinin sədri Dmitri Pulberin “Moldova Konstitusiya Məhkəməsinin qərarlarının icrası - təhlil və aspektləri”, Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Georgi Papuaşvilinin “Gürcüstan Konstitusiya Məhkəməsinin qərarlarının icrası - qanunvericilik, təcrübə və problemlər”, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Bəhman Qəribovun “İnsanın konstitusiya hüquq və azadlıqlarının təmin edilməsinə Azərbaycan Konstitusiya Məhkəməsinin töfhəsi”, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Qadis Hacıyevin ”Konstitusiya icraedici icraatının əsas problemləri”, Latviya Konstitusiya Məhkəməsinin sədri Qunars Kutrisin “Konstitusiya Məhkəməsinin nüfuzu onun qərarlarının icrasının mütləq şərti kimi“, Çex Respublikasının Konstitusiya Məhkəməsi sədrinin müavini Elişka Vaqnerovanın “Qərarların növləri konstitusiya ədalət mühakiməsinin səmərəliliyinə töhfə kimi”, İsrail Ali Məhkəməsi sədrinin müavini Elizer Rivlinin “Konstitusiya Məhkəməsinin qərarlarının icrası-İsrailin təcrübəsi”, Almaniya Federativ Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ziqfrid Brossun “Demokratik və hüquqi dövlətdə Konstitusiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı mülahizələr”, Litva Konstitusiya Məhkəməsinin hakimi Romualdas Kestitis Urbaitisin “Litva Respublikası Konstitusiya Məhkəməsi aktlarının icrası”, Koreya Respublikası Konstitusiya Məhkəməsinin hakimi Yonq-Jun Mokun “Koreya Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının hüquqi qüvvəsi və icrası”, Belarus Konstitusiya Məhkəməsinin hakimi Liliya Kozırevanın “Belarus Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının icrasının səmərəliliyi haqqında” və Rumıniya Konstitusiya Məhkəməsinin nümayəndəsi Klaudia Miunun “Rumıniya Konstitusiya Məhkəməsinin qəraralarının dövlət hakimiyyəti orqanları üçün məcburi qüvvəsi” mövzularında məruzələri dinlənilmişdir.

Məruzələr ətrafında müzakirələrdən sonra Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransın işinin maraqlı keçməsində göstərdikləri fəallığa görə iştirakçılara minnətdarlığını bildirmiş, aparılmış fikir mübadilələrinin gələcək fəaliyyətə mühüm təsir göstərəcəyini qeyd etmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı