AZƏRBAYCAN KULİNARI BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ KULİNARİYA ASSOSİASİYASININ FƏXRİ ÜZVÜ SEÇİLMİŞDİR
Mayın11-dən 18-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Dünya Kulinariya Konqresində Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov Birləşmiş Ərəb Əmirliklərinin Kulinariya Assosiasiyasının fəxri üzvü seçilmiş, sertifikat və medala layiq görülmüşdür.
AZƏRTAC xəbər verir ki, bunu mayın 27-də Azərbaycan Kulinariya Assosiasiyasında keçirilmiş dəyirmi masada jurnalistlərə Tahir Əmiraslanov bildirmişdir.
Konqresdə 100-ə yaxın ölkədən 1000 nəfərədək nümayəndə iştirak etmiş, Dünya Kulinariya Təşkilatları Birliyinə (DKTB) prezidentin, yeni üzvlərin seçilməsi, peşəkar təhsil məsələləri, qurumun Qadınlar Komitəsinin, “Qlobal usta” aşpaz adının təsis edilməsi müzakirə olunmuşdur.
İslandiyalı Qissur Qudminson səs çoxluğu ilə ÜKTB-nin prezidenti, 11 ölkə yeni üzvü seçilmişdir. Növbəti toplantının 2012-ci ildə Koreya Respublikasında keçirilməsi qərara alınmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:14]
Teatr sənətinin vurğunu
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]