AZƏRBAYCAN MƏDƏNİ İRSİNİN ZƏNGİNLİYİ BAXIMINDAN DİGƏR XALQLAR ÜÇÜN NÜMUNƏDİR
AZƏRTAC xəbər verir ki, bunu Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda Anqolanın birinci xanımı Ana Paula Duş Santuş demişdir.
Azərbaycanda olmağından və qadın problemlərinə həsr olunmuş belə əhəmiyyətli forumda iştirakından məmnun qaldığını söyləyən Ana Paula Duş Santuş bildirmişdir ki, tarixən Azərbaycan Asiya ilə Avropanı birləşdirən mədəni yollar üzərində yerləşən ölkə olmuşdur. O, Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələri xüsusi vurğulamışdır.
Anqola Prezidentinin Azərbaycanda yüksək ali təhsil aldığını qeyd edən Ana Paula Duş Santuş Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirin ölkəmizin demokratik dəyərlərə, qadın hüquqlarının qorunmasına və mövcud problemlərin həllinə göstərdiyi diqqətin təzahürü kimi səciyyələndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]