AZƏRBAYCAN MƏŞQÇİSİ TÜRKİYƏLİ GİMNASTLARA MƏŞQ KEÇƏCƏKDİR
Bakıda isə qrup hərəkətlərində Azərbaycan komandasının təlim-məşq toplantısı davam edir. Komandaya Vəfa Hüseynova, Samirə Əliyeva, Sabina Alxazova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolova daxildirlər. Məşqçilər Natalya Dmitrova və Natalya Nərimanovanın keçirdikləri toplantı yığmamızın martın sonlarında Fransada və aprelin əvvəllərində Rusiyada keçiriləcək iri beynəlxalq turnirlərdə iştirakına həsr olunmuşdur.
İkihəftəlik toplantıda iştirak etmək üçün ölkəmizin üç gənc gimnastı – Zeynəb Cavadlı, Nigar Mirzəyeva və Leyla Şamilova da Bakıya gəlmişlər. Yığma komandanın məşqçiləri qızların ustalığı ilə tanış olduqdan sonra Portuqaliyada keçiriləcək Avropa çempionatına hazırlaşan milli komandamızın gənclərdən ibarət heyətinin tərkibinə daxil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]