Azərbaycan Milli QHT Forumunun yeni rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Milli QHT Forumunun yeni seçilmiş İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvləri mayın 14-də Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olunub.
Daha sonra Forumun yeni rəhbərliyi Şəhidlər xiyabanlarını ziyarət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə həlak olan şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.