Azərbaycan Moskvada açılmış “Svyaz Ekspokomm-2011” XXIII Beynəlxalq sərgidə ayrıca pavilyonla təmsil olunur
Bakı, 10 may (AZƏRTAC). Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Moskvada keçirilən “Svyaz Ekspokomm-2011” XXIII Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, mayın 13-dək davam edəcək tədbirdə Azərbaycan ayrıca pavilyonla təmsil olunmuşdur. Stendlərdə son illərdə respublikamızın informasiya texnologiyaları sahəsi üzrə məhsulları, xidmətləri, həlləri və əldə olunmuş nailiyyətləri əksini tapmışdır.
Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın informasiya texnologiyaları bazarının imkanları, eləcə də respublikada həyata keçirilən layihələr, xüsusən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, Trans Avrasiya super informasiya magistralı (TASİM) və “Elektron hökumət” haqqında məlumatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]