Azərbaycan nümayəndə heyəti Dohada təşkil olunan “Milipol Qatar 2021” tədbirində iştirak edib
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini general-leytenant Oruc Zalov və fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun başçılıq etdikləri nümayəndə heyətləri Qətər Dövlətinin paytaxtı Dohada keçirilən “Milipol Qatar 2021” - 13-cü Beynəlxalq daxili təhlükəsizlik və mülki müdafiə tədbirinin açılış mərasimində iştirak ediblər.
Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir müavinləri bu ölkənin daxili işlər nazirinin müavini, Qətər Daxili Təhlükəsizlik Qüvvələrinin (Lekhwiya) komandiri Şeyx Əbdüləziz bin Feysal Al Tani ilə görüşüblər.
Görüşdə iki ölkə arasında təhlükəsizlik və mülki müdafiə sahələrində əməkdaşlıq əlaqələri müzakirə olunub.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov da görüşdə iştirak edib.