AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ İRAN PREZİDENTİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun başçılığı ilə İran İslam Respublikasında ikigünlük səfərdə olan Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 15-də İran Prezidenti Mahmud Əhmədinejadla görüşmüşdür.
Nümayəndə heyətini səmimiyyətlə salamlayan Prezident Mahmud Əhmədinejad İran-Azərbaycan münasibətlərinin inkişafından bəhs etmiş, iki ölkə xalqlarını birləşdirən tarixi tellərin qırılmaz olduğunu vurğulamışdır.
Qəbula və qonaqpərvərliyə görə minnətdarlıq edən Vasif Talıbov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırmış və İranla Naxçıvan MR arasında sürətlə genişlənən əməkdaşlığın əhəmiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, muxtar respublikanın və İranın aidiyyəti orqanları hazırda yeni iqtisadi layihələr barədə müzakirələr aparırlar.
Azərbaycan xalqı haqqında xoş sözlər deyən cənab Əhmədinejad onun səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş etmişdir. O demişdir ki, İran Azərbaycan Respublikası ilə münasibətlərin sürətlə inkişafında maraqlıdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Sonda nümayəndə heyəti adından İran Prezidentinə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə buraxılmış qızıl nişan, Naxçıvanın tarixinə, mədəniyyətinə aid fotoalbom və kitabçalar hədiyyə edilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]