Azərbaycan nümayəndə heyəti Vyanada kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş konfransda iştirak etmişdir
Vyana, 12 may (AZƏRTAC). Müasir dünyada kibercinayətkarlıq ciddi və sürətlə vüsət alan problemlərdən biridir. Bu məqsədlə Vyanada ATƏT çərçivəsində kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda hərbi-siyasi sahəyə və o cümlədən əhəmiyyətli infrastruktura kiberməkandan yaranan təhdidlər, kibercinayətkarlıq, internetin terroristlər tərəfindən istifadə olunması məsələləri və bununla bağlı milli, regional, qlobal səviyyədə cavab tədbirləri müzakirə olunmuşdur. Tədbirdə Azərbaycanın nümayəndə heyəti iştirak etmişdir.
Konfransda çıxış etmiş Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin nümayəndəsi konkret faktlar əsasında ölkədə kibercinayətkarlıq ilə mübarizə barədə danışmış və bu cinayətlərin əksəriyyətinin transmilli xarakterə malik olduğunu bildirmişdir. Eyni zamanda, kiberməkanın millətlər və dinlərarası toqquşmalara sövq edilməsi, eləcə də separatizm və terrorizm məqsədləri üçün sui-istifadə olunduğu qeyd edilmişdir. Azərbaycan nümayəndəsi kiberterrorizmlə mübarizədə ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində ən yaxşı təcrübələrlə bölüşməyə çağırmış, eyni zamanda, bu sahədə çevik informasiya mübadiləsinin aparılması və məlumat bankının yaradılmasını təklif etmişdir.
Tədbirdə nümayəndə heyətləri dövlətlərin kiberməkanda davranış qaydalarına dair fikir mübadiləsi aparmışlar.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]
“Brent” neftinin qiyməti 100 dolları ötüb
- 09.09.2026 [12:47]