Azərbaycan parabadmintonçusu Fransada bürünc medal qazanıb
Bakı, 22 iyun, AZƏRTAC
Fransanın Müluz şəhərində keçirilən beynəlxalq parabadminton turnirinə yekun vurulub.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan parabadmintonçusu İbrahim Əliyev kişi idmançıların qoşa yarışında (SU5 kateqoriyası) bürünc medal qazanıb. 20 yaşlı idmançı Polşa təmsilçisi Bartlomey Mroj ilə birgə mübarizə aparıb.
Cütlük qrup mərhələsində braziliyalı badmintonçular Ramos Santos və Yeili Rodriges üzərində qələbə qazanıb. İbrahim Əliyev və Bartlomey Mroj Çin Taypeyini təmsil edən Jen-Yu Fanq və Qui Yu Pu cütlüyünə isə məğlub olublar.
Buna baxmayaraq, yarımfinala yüksələn parabadmintonçumuz və onun polşalı tərəfdaşı finala gedən yolda Malayziya təmsilçiləri Mohamed Azri və Çeah Liek Hou ilə qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə məğlub olan cütlük turniri bürünc medalla başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]