AZƏRBAYCAN PƏHLƏVANLARI DÜNYA ÇEMPİONATININ İLK GÜNÜNDƏ BİR QIZIL VƏ BİR BÜRÜNC MEDAL QAZANMIŞLAR
İstanbulda gənclər arasında güləs üzrə dünya çempionatının ilk günündə mübarizəyə qatılmış 4 Azərbaycan idmançısı görüşləri başa vurmuşdur.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yığma komandamızın üzvü Elvin Mürsəliyev (74 kq) bir-birinin ardınca Koreya Respublikası, Hindistan, Özbəkistan və İran təmsilçilərinə qalib gələrək finala vəsiqə qazanmışdır. Həlledici görüşdə, o, Alxazur Özdiyevi (Qazaxıstan) məğlub edərək qızıl medalın sahibi olmuşdur.
60 kiloqram çəki dərəcəsində çıxış edən Hacıxan Mustafayev isə ilk qarşılaşmanı məğlubiyyətlə başa vurmuş, onun rəqibi finaladək irəlilədiyindən Azərbaycan təmsilçisi təsəlliverici görüşlərə qatılmalı olmuşdur. H.Mustafayev bürünc medalı qazanmaq üçün Ermənistan təmsilçisi Varam Xaçatryanı məğlub etməli idi. Azərbaycan pəhləvanı bu şərəfli işin öhdəsindən layiqincə gəlmiş və rəqibin kürəyini yerə vuraraq 3-cü yerə çıxmışdır.
Digər idmançılarımız Xurşud Babaşov (50 kq) və Səməd Cəbrayılov (96 kq) isə dünya çempionatını nəticəsiz başa vurmuşlar.
Mübarizəni bu gün yunan-Roma güləşçiləri davam etdirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]