Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan polisinin dövlətçilik mövqeyi daim qətiyyətli və sarsılmazdır

Azərbaycan polisinin dövlətçilik mövqeyi daim qətiyyətli və sarsılmazdır

Bakı, 9 iyun, AZƏRTAC

Görkəmli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markes yazırdı ki, ədəbiyyat olmasaydı dünya zərrəcə dəyişməzdi. Amma polis olmasaydı dünya tamam başqa cür olardı. Tamamilə doğrudur ki, polis hər bir ölkənin sabitliyini, təhlükəsizliyini təmin edir, cinayətkarlığın qarşısını alır, qanunçuluğu bərqərar edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin “Azərbaycan polisinin dövlətçilik mövqeyi daim qətiyyətli və sarsılmazdır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Cəmiyyətin polisə ictimai rəğbəti daha da artır

Azərbaycan polisi çox qısa zaman ərzində mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə istiqamətində mühüm nailiyyətlər qazanıb. Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və digər qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərib. Bu cür uğurlar cinayətkarlıqla mübarizədə canını, sağlamlığını belə, əsirgəməyən Azərbaycan polisinin fədakarlığına, öz dövlətinə, xalqına, Prezidentinə sədaqətinə söykənir və polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsi şəraitində cəmiyyətin polisə ictimai rəğbətini daha da artırır.

Dünya KİV-lərində “Qəhrəman polis” altyazısı da bizim polisimizə aiddir

Azərbaycan polisi dövlətini, dövlətçiliyini qoruyur və yeri gələndə bu müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə yüksəlməyi özünün ali məqsədi sayır. Polisimiz ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhrəmanlar qədər qüdrətlidir. Gəlin, bir anlığa xatırlayaq ki, 2015-ci ildə paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verən zaman 4 nəfəri xilas edən polisin qucağında körpə uşaq olan fotosu dünya KİV-lərində “Qəhrəman polis” altyazısı ilə dərc olundu. Azərbaycan polisinin qəhrəmanlığına başqa bir nümunə qanlı 20 Yanvar faciəsində ilk şəhidin polis əməkdaşı Telman Bağırov olması faktıdır. Azərbaycan polisi birinci Qarabağ müharibəsində sıralarından 1695 nəfər şəhid verib, 1710 nəfər yaralanıb, 66 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində daxili işlər orqanlarının 99 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2650 nəfər xəsarət alıb. Bütün bunların arxasında isə vəzifə borcunu yerinə yetirərkən hər bir təhlükəyə hazır olan Azərbaycan polisinin şəxsiyyəti, qəhrəmanlığı, igidliyi dayanır.

Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanlarındandır

Hər zaman olduğu kimi, koronavirus pandemiyası dövründə də polisin şücaətini, qətiyyətini, eyni zamanda, humanistliyini, canıyananlığını, sələflərinin ənənələrinə sədaqətliliyini gördük. Hər kəs bir daha anladı ki, Azərbaycan polisi bu çətin günlərdə hər an insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyindədir. COVID-19 kimi ümumbəşəri bəlanın tüğyan etdiyi bu günlərdə Azərbaycan polisi həyatını təhlükəyə ataraq yaşlı insanların qapısının zəngini çalır, onlara ərzaq yardımı çatdırır, digər həyati problemlərinin həllinə yardımçı olur.

Nəzərə almaq lazımdır ki, hazırda bəşəriyyətin yeni bəlası olan koronavirus dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Pandemiya dünya ölkələrində iqtisadi və maliyyə böhranına da səbəb olub. Gündən-günə virusa yoluxanların, həyatını itirənlərin sayı artır. Artıq dünyada 7 milyon insan bu xəstəliyə yoluxub, 500 minə qədər insan isə bu öldürücü virusun qurbanı olub. Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları bir müddət öncə artan xətt üzrə inkişaf edirdi. İndi isə koronavirus Avropanın digər ölkələrində tüğyan edir. Avropa ilə müqayisədə ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Hazırda ABŞ-da 2 milyondan çox insan virusa yoluxub, 112 mindən çox ölüm faktı qeydə alınıb.

Əlbəttə ki, bu durum Azərbaycandan da yan keçməyib. Ölkəmizdə də gündən-günə virusa yoluxanların sayında artım müşahidə olunur. Hazırda ölkəmizdə 8 minə qədər insan virusa yoluxub, 93 nəfər vəfat edib. Amma buna baxmayaraq, dövlətimiz koronavirusla mübarizədə ciddi qabaqlayıcı tədbirlər görür. Lakin nəzərə almaq lazımdır ki, maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3600 nəfəri virusa yoluxdurar.

Məhz bu qədər təhlükəli bir zamanda həyatını təhlükəyə atan Azərbaycan polisi dövlətçiliyin keşiyində ayıq-sayıq durmaqla yanaşı, vətəndaşlara xidmət göstərməkdə də davam edir. Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini verir. Elə bu səbəblərə görədir ki, Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanlarından hesab edilir.

Polis şərəfi ləkə götürməz, yaxud “beşinci kolon”un təxribatları fiaskoya məhkumdur

Bəli, göründüyü kimi, Azərbaycan polisi bu günə qədər şərəfli inkişaf yolu keçib, peşəkarlaşıb, daha da mətinləşib. Bu gün çəkinmədən Azərbaycan polisini vətəndaşlarla insani və xoş davranışlarına görə bütün dünyaya nümunə göstərə bilərik. Xüsusi karantin rejimi dövründə insanların xəstəxanaya çatdırılması, yaxınının dəfninə getmək istəyən şəxsin həmin ünvana aparılması, ehtiyacı olan xəstə uşağa qidanın çatdırılması və s. kimi insani davranışlar polislərimizin hər zaman xalqımızın əmin-amanlığının keşiyində layiqincə dayanmasının bariz nümunəsidir. Əgər ABŞ, Hindistan, Avropa ölkələri polislərinin əməllərinə, hərəkətlərinə diqqət etsək, göz önündə olan digər faktlara nəzər yetirsək o zaman yuxarıda dediyimiz fikrin nə dərəcədə həqiqətə uyğun olduğunu bir daha anlamış olarıq.

Lakin çox təəssüflər olsun ki, bu günlər Azərbaycanın COVID-19-la mübarizə sahəsində beynəlxalq aləmdə etiraf olunan uğurlarına qısqanclıqla yanaşan antimilli qüvvələr, xüsusilə Vətənə xəyanətdə, satqınlıqda ad çıxarmış “beşinci kolon” polislərimizin bu cür yüksək səviyyəli xidmətinə kölgə salmağa çalışır, sosial şəbəkələrdə polislərin əleyhinə təbliğat aparır. Sanki bir məqam axtarırmış kimi Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Əli Kərimli və başqaları polisin fəaliyyətinə qara yaxmağa cəhd göstərirlər. Halbuki Sevinc Osmanqızının yaşadığı ABŞ-da, Qənimət Zahidin məskunlaşdığı Fransada, Tural Sadıqlının sığındığı Almaniyada polislərin vəhşiliklərinə dair saysız-hesabsız faktlar mövcuddur və bu antimilli ünsürlər həmin faktları görməzlikdən gəlirlər. Bütün dünya ABŞ-da polisin günahsız insanları öldürməsindən danışdığı halda erməni dairələrin maliyyələşdirdiyi Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Tural Sadıqlı kimilər karantin rejiminin tələblərini pozanlara qarşı qanunamüvafiq tədbirlər görən Azərbaycan polisinə ləkə atmağa çalışırlar. Əlbəttə ki, onlar nə qədər çalışsalar da Azərbaycan polisinin imicini ləkələyə, şərəfli xidmətinə qara yaxa bilməzlər. Bu səbəbdən də onların Azərbaycan polisinə qarşı törətdikləri növbəti təxribat da fiaskoya uğrayacaq.

O ki, qaldı, xidməti vəzifəsini yerinə yetirən polisə təhqirlər yağdırmaq, əşyalar atmaq qətiyyən yolverilməzdir və ağır cinayət əməlidir. Həmin insanlar anlamalıdırlar ki, onların sağlamlığına görə həmin polislər gecə-gündüz keşik çəkirlər. Başa düşməlidirlər ki, onların gecə evlərində rahat yatmaları məhz təhqir edib, üzərinə əşya atmağa çalışdıqları polisin sayəsindədir. Sirr deyil ki, Azərbaycanda hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır. Çünki vətəndaş əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar, onu qoruyar. Bütün bunlara görə də biz öz qəhrəman polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Xalqın polisinə verdiyi dəyər, qiymət onu daha da qürurlandırır. Bu qürur isə asayiş keşikçilərini daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu