Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə qələbə qazanıb
Bakı, 8 may, Nicat Məmmədov, AZƏRTAC
Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış matçında "Keşlə" klubu "Sumqayıt"ı qəbul edib. "ASK Arena"dakı matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qolu 78-ci dəqiqədə Rəhim Sadıxov penaltidən vurub.
Bu nəticədən sonra xallarını 36-ya çatdıran "gənclik şəhəri" təmsilçisi 3-cü pilləyə yüksəlib. "Keşlə" isə 23 xalla sonuncu sırada qalıb.
Günün digər oyununda hazırda davam edən "Neftçi" "ASCO Arena"da "Səbail"lə qarşılaşır.
Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Zirə"-"Qəbələ" və "Sabah"-"Qarabağ" matçları ilə yekun vurulacaq.