Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev martın 8-də Prezident sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri Rudolf Perinanı \ABŞ\, Nikolay Qribkovu \Rusiya\, Filip dö Sürmeni \Fransa\ və Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikovu və onları müşayiət edən nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə qarşılayan Prezident HEYDƏR ƏLİYEV dedi:

- Hörmətli qonaqlar, dostlar!

Mən sizi səmimi qəlbdən salamlayıram və sizinlə yenidən görüşməyimdən çox məmnunam. Sizinlə, yəni Minsk qrupunun həmsədrləri ilə Hyu-Yorkda görüşüb çox ətraflı söhbət etmişdik. O vaxt siz demişdiniz ki, regiona, o cümlədən Azərbaycana gələcəksiniz. Mən çox məmnunam ki, siz indi gəlmisiniz. Biz o söhbətlərimizi davam etdirə bilərik.

Dünən ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanda, Bakida oldu. biz onunla görüşdük, çox ətraflı söhbət etdik və Minsk qrupunun fəaliyyəti haqqında da çox geniş fikir mübadiləsi apardıq. Təkcə Minsk qrupunun fəaliyyəti yox, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar ATƏT-in fəaliyyəti haqqında çox geniş söhbət apardıq. Güman edirəm, indi siz Azərbaycana və bölgəyə hansısa fikirlərlə gəlmisiniz və o bunları dinləmək, fikir mübadiləsi aparmaq, təbiidir ki, çox yaxşı olardı.

Mən görürəm, burada bizim qızlar, jurnalistlər var. Bilmirəm, bayram günü onları niyə işlədirlər. Çünki bu gün Azərbaycanda qadınlar bayramıdır və heç kəs işləmir. Qadınları işlətmək olmaz. Mən bayram münasibətilə qadınları təbrik edirəm, onlara cansağlığı, səadət arzulayıram. Əgər masanın arxasında olan qadınlar da bu bayrama qatılırlarsa, onları da təbrik edirəm.

Cənab Perina, buyurun.

Dövlətimizin başçısına təşəkkür edən ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri RUDOLF PERİNA dedi:

- Cənab Prezident, bu gün bizə görüş imkanı yaratdığınıza görə çox sağ olun. Nyu-Yorkdakı görüşdən sonra bu gün Sizinlə görüşmək çox xoşdur.

Sizin bir qədər əvvəl qeyd etdiyiniz kimi, biz buraya çox vacib bayram günündə gəlmişik. Bu gün Beynəlxalq qadınlar günüdür. Çox təəssüf edirik ki, biz gəlişimizlə qadınları işləməyə məcbur edirik. Bu bayram münasibətilə Azərbaycanın bütün qadınlarına səadət və xoşbəxtlik arzu etmək istəyirəm.

Lakin bayram olmasına baxmayaraq, biz istədik, buraya mümkün qədər tez gələk. Bir halda ki, bizim iş cədvəlimiz buna imkan verir, biz buradayıq və çox vacib bir məsələ, artıq uzun müddətdir müzakirə olunan məsələ barədə söhbəti davam etdirəcəyik. Bu, həm də Nyu-Yorkda apardığımız söhbətlərin davamı olacaqdır. Biz hesab edirik ki, Nyu-Yorkdakı görüş çox vacib və müsbət bir görüş idi. Burada olmağımızın səbəbi ondan ibarətdir ki, biz danışıqları daha sürətli edə bilərik, danışıqlara daha çox enerji sərf etmiş olarıq.

Biz hesab edirik ki, münaqişəni həll etməyin artıq vaxtı gəlib çatmışdır. Çünki bu münaqişə çoxdandır həllini gözləyir və burada olmağımız bizim hökumətlərin bu məsələyə nə qədər böyük əhəmiyyət verməsinin nümunəsidir.

Biz bu gün səhər ölkə daxilində daimi yaşayış yerlərindən məhrum olmuş insanlarla - məcburi köçkünlərlə görüşdük. Onların çox təsirli, kədərli və bədbin söhbətlərini eşitdik. Biz əmin olduq ki, bu münaqişə həmin insanlara nə qədər çox əziyyət veribdir. Elə bilirəm ki, bundan artıq dəlil ola bilməz. Bu məsələni tezliklə həll etmək lazımdır. Qeyd etdiyim kimi, biz bu gün çox təsirli söhbətlər eşitdik. Görüşdüklərimizin çoxu qadınlar idi, onlar bu münaqişə zamanı ərlərini, qohumlarını, yaxınlarını itirmişlər. Biz buraya möhkəm iradə ilə və möhkəm əminliklə gəlmişik ki, bu məsələ tezliklə həll olunsun. Bir daha çox sağ olun.

HEYDƏR ƏLİYEV: Təşəkkür edirəm.

Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini VYAÇESLAV TRUBNİKOV:

-Hörmətli Heydər Əliyeviç!

Prezident Putinlə söhbətinizin davamı olaraq, Sizə möhkəm cansağlığı və uzun ömür kimi ən xoş arzuları bir daha yetirmək istəyirəm. Bu, rəhbərliyimizin fəaliyyətinin əsas qayəsidir və biz ümid edirik ki, Siz nə qədər hakimiyyətdəsiniz, ölkələrimiz arasında dialoq çox səmərəli olacaqdır.

Bizə göstərilmiş çox səmimi qonaqpərvərliyə görə son dərəcə minnətdarıq. Həmsədrlərin hamısı rus dilini bildiyi üçün, icazə verin, öz çıxışımı tərcüməsiz davam etdirim.

HEYDƏR ƏLİYEV: Bəli, hamı başa düşür.

VYAÇESLAV TRUBNİKOV: Görürsünüz, Azərbaycanda belə hörmətə malik olan rus dilinə, demə, bütün dünyada da hörmət edilir. Heydər Əliyeviç, burada rus dilinin yaxşı, klassik, savadlı səviyyədə saxlanması işinə töhfənizə görə Sizə çox böyük minnətdarlığımı bildirirəm.

İndi isə əsas məsələ - buraya gəlməyimizin məqsədi barədə. Bizim heç bir fövqəladə təklifimiz yoxdur və mən zənn edirəm ki, həmkarlarım - həmsədrlər ancaq bunu deyə bilərlər ki, biz davam etdirilən danışıqlar prosesinin nəinki ara verilməməsini, həm də onun hər hansı şəkildə dərinləşməsini istəyirik. Biz başlıca məsələlərdən danışa bilərik və bu, həqiqətən də çox vacibdir. İkinci dərəcəli məsələlərdən də danışa bilərik, iki qonşu dövlət arasında, iki qonşu xalq arasında xoş münasibətlərin olması və qan tökülməsinin bu münasibətlərə xələl gətirməməsi üçün ikinci dərəcəli məsələlər də az əhəmiyyətli deyildir.

Mən bir şeyi vurğulamaq istəyirəm. Sizinlə yanaşı yaşayan insanların, xalqların birgə yaşamağa məhkum olmasından danışmaq indi dəbdədir.

Heydər Əliyeviç, antiterror koalisiyasının mübarizəsinə töhfənizə görə Sizə bütün Rusiya adından böyük təşəkkürümü bildirirəm. Bu, olduqca böyük cəsarət tələb edirdi və Sizin şəxsi, fərdi töhfənizi Rusiyada çox yüksək qiymətləndiririk. Bu, çox böyük işdir və bir çox mürəkkəb problemlərin nizama salınması üçün gördüyünüz işlərə görə mən Sizin qarşınızda bir daha baş əyirəm. Bu problemlər hələ də mövcuddur. Lakin mən belə bir faktdan çox böyük məmnunluq duyuram ki, biz hüquq-mühafizə orqanlarının, xüsusi xidmət idarələrinin xətti ilə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bizim aramızda tam qarşılıqlı anlaşma var, hiss edirik ki, terrorizmə qarşı bu mübarizədə əl-ələ verib işləyirik. Buna görə çox sağ olun. Hesab edirəm ki, Cənubi Qafqazda Azərbaycan elə bir ölkədir ki, Rusiya özünün antiterror mübarizəsində ona güvənə bilər. Bu, böyük köməkdir, buna görə çox sağ olun.

Bilirəm ki, Siz Vladimir Vladimiroviçlə Gürcüstanda vəziyyət barədə söhbət etmisiniz. Mən onu şərh etməyəcəyəm, lakin Sizin şəxsi töhfəniz, şəxsi səyləriniz və ən başlıcası isə, çox böyük vətəndaş cəsarətiniz sayəsində bizimlə Azərbaycan arasında olan belə əməkdaşlığı və qarşılıqlı fəaliyyəti Cənubi Qafqazın digər ölkələrinə də arzulamaq istərdim.

Mən nəyi demək istərdim? Həmsədrlərin mövqeləri baxımından biz müxtəlif fikirlər söyləyə bilərik, lakin heç vaxt və heç bir halda nə Siz, nə də Sizin Azərbaycandakı həmkarlarınız bizim nöqteyi-nəzərimizi təzyiq və ya hər hansı təsir metodu kimi qəbul etməməlisiniz.

Biz fikir mübadiləsi aparırıq və həmizə öz nöqteyi-nəzərimizi söyləyirik ki, bu vəziyyətdən çıxıb, dinc, çox ciddi prosesə istiqamət götürmək barədə təkliflərimizdə doğru yolla getməyimiz üçün Sizin açıq, çox sərt çavabınızı eşidək.

Yaxşı başa düşürük ki, Sizin də, Ermənistan Prezidentinin də öz xalqlarınız qarşısında ciddi, dərin və ən başlıcası isə, dəyişməz öhdəlikləriniz var. Odur ki, bu prosesə kömək edərkən biz həmin öhdəlikləri nəzərə almağa çalışırıq. Azərbaycan Prezidenti olaraq Sizin də, Prezident Koçaryanın da ölkə daxilində qarşılaşa biləcəyiniz çətinlikləri çox yaxşı başa düşürük. Mən daxili siyasi mülahizələri nəzərdə tuturam. Lakin vacib olan budur ki, Siz bizim köməyimizi, rolumuzu qərəzsiz hesab edəsiniz. Amma bu, yalnız bir həddədək, qan tökülməsinə yenidən başlamayana, atəş açılmasına yenidən başlamayana qədər, amansız qarşıdurma yenidən başlamayana qədər mümkündür. Demək istəyirəm ki, bu günədək qan tökülməməsi, götürülmüş öhdəliklərin yerinə yetirilməsi Sizə şərəf gətirir. Başa düşürəm, səbrin həddi yoxdur. Bunu biz də başa düşürük, çünki xalq yorulmuşdur.

Bu problemi həll etmək lazımdır və mən bütün üç həmsədrin adından Sizi əmin etmək istəyirəm ki, biz bu problemin həllində kömək göstərməyi çox istərdik. Qamanın dedikləri, ümumən ATƏT-in dedikləri bizim nöqteyi-nəzəri də əks etdirir. Biz bəzən ümidsizliyə qapılmasaq da, acizlik hissi keçiririk. Nəyə görə? Ona görə ki, Sizin güclü dəstəyiniz olmasa, haqqında söhbət açdığımız daimi ünsiyyət olmasa, Sizi də, Ermənistan Prezidentini də, ən başlıcası isə, hər üç həmsədri, yəni Rusiya Prezidentini də, Fransa Prezidentini də, ABŞ Prezidentini də eyni dərəcədə narahat edən bu çox mürəkkəb problemin həllinin hansısa formulunu icad etmək bizim üçün çox çətindir.

Biz buraya turist kimi, öz iradəmizlə gəlməmişik, bizi Minsk qrupu tapşırıq verərək göndərmişdir və bu, çox məsuliyyətli vəzifədir. Heydər Əliyeviç, biz bu məsuliyyəti hiss edirik. Biz heç istəməzdik ki, regiondan əliboş qayıdaq. Sizə, son dərəcə hörmət bəslədiyim insana, parlaq siyasi liderə, heyrətamiz istedada malik xalqın məsuliyyətli rəhbərinə söyləmək istədiyim bunlardan ibarətdir.

HEYDƏR ƏLİYEV: Sağ olun, Vyaçeslav İvanoviç.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri FİLİP dö SÜRMEN:

- Cənab Prezident, biz çox böyük məmnuniyyət hissi ilə bu gün Bakıdayıq. Biz buraya turist kimi gəlməmişik. Lakin Sizin bu gözəl şəhərinizdə olmaq bizə olduqca xoş təəssürat bağışlayır. Bu bahar ab-havası bizə çox yaxşı təsir bağışlayır.

Prezident Şirak ən səmimi salamlarını Sizə çatdırır. Onun Sizə nə qədər böyük etibarı olduğunu, Sizə nə qədər çox inandığını bilirsiniz. Onun şəxsində Avropa Birliyi ölkələrinin bu prosesə nə dərəcədə böyük dəstək verməsindən şadam. Cənab Qama bunu Sizə deyibdir.

Bizim Qafqaza səfərimiz başa çatdıqdan sonra Vyanaya gedəcəyik. Orada bu səfərin nəticələri barədə məlumat verəcəyik. Nyu-Yorkda Sizin bizi çox yaxşı qarşılamağınızdan məmnun qaldıq. Bu bayram günündə bizi qəbul etdiyinizə görə Sizə olduqca minnətdarıq. Mənə belə gəlir, bu gün çox adamı narahat etmişik. Lakin bu bizim üçün bir imkandır ki, bu görüşdə iştirak edən qadınlara, xüsusilə də xanım Dilarə Seyidzadəyə öz təbriklərimizi çatdıraq.

Bu, çox vacib bir missiyadır. Biz nə dərəcədə məsuliyyət daşıdığımızı dərk edirik. Biz öz fəaliyyətimizi çox intensiv şəkildə davam etdirməyə qərarlıyıq. Bilirsiniz ki, təcili və ədalətli sülh nə dərəcədə vacibdir. Biz bu səhər məcburi köçkünlərin səbirsizliyini və onların əzab-əziyyətlərini gördük. Yüz minlərlə adam evlərinə qayıtmağa ümid bəsləyir. Onu da bilirik ki, bu sülh Azərbaycan üçün nə dərəcədə vacibdir. Regional münasibətlərdə bu sülh çox zəruridir. Regionun sabitləşdirilməsi həm regionun marağındadır, həm Sizin, bütün azərbaycanlıların, həm də bizim - hamımızın marağındadır. Biz buraya çox böyük inamla, ümidlə və Sizə bacardıqca daha çox faydalı olmaq arzusu ilə gəlmişik.

Cənab Prezident, bizi qəbul etdiyiniz üçün Sizə bir daha təşəkkür edirəm.

HEYDƏR ƏLİYEV: Sağ olun. Daha başqa danışmaq istəyən yoxdur.

Hörmətli dostlar, mən sizin üçünüzə də Azərbaycan haqqında, mənim haqqımda dediyiniz sözlərə görə təşəkkür edirəm. Birinci növbədə, ona görə ki, siz Minsk qrupunun işinin bundan sonra da fəallaşmasını istəyirsiniz və bu istiqamətdə lazımi tədbirlər görməyə hazırsınız.

Bilməlisiniz ki, təbiidir, yəqin bilirsiniz, bu il mart ayının, yəni bu ayın sonunda Minsk qrupunun on ili tamam olur. Təsəvvür edin, on il! Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ bundan da öncə, təxminən 1988-1989-cu illərdə başlayıbdır. Amma 1992-ci ildən bu işlə ATƏT məşğul olub və Birləşmiş Millətlər Təşkilatı bu məsələni ATƏT-ə həvalə edibdir. ATƏT də bunun üçün xüsusi olaraq Minsk qrupu yaradıbdır.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çox ağır nəticələr gətiribdir və xüsusən Azərbaycana böyük zərbələr vurubdur. Mən çox məmnunam ki, siz bu gün vaxt tapıb Bakıda hələ tikilib qurtarmamış binada yerləşən qaçqınlarla, köçkünlərlə görüşmüsünüz. Mən hiss edirəm ki, onların vəziyyəti, söhbətləri sizi qəlbən çox narahat edibdir. Qeyd etmək istəyirəm ki, Bakıda yaşayan, siz gördüyünüz köçkünlər çadır şəhərciklərində daha da ağır vəziyyətdə yaşayan köçkünlərə nisbətən, demək olar, yaxşı vəziyyətdədirlər. Amma bu gün gördüyünüz mənzərə sizə nə qədər böyük təsir bağışlayıbdır. Bu, davam edir, özü də bir il yox, iki il yox. Əgər ATƏT-in Minsk qrupu on ildir fəaliyyət göstərirsə, demək, on ildir qaçqın-köçkün problemi var və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var.

Minsk qrupu yarananda, güman edirəm, çoxları belə hesab edirdilər ki, ATƏT kimi mötəbər bir təşkilatın yaratdığı Minsk qrupu - ona 12 dövlət daxildir - bu münaqişənin qısa müddətdə həll olunmasına yardım edəcəkdir. Ancaq on il keçib, nəticə yoxdur. Doğrudur, bu illər ərzində Minsk qrupu və onun həmsədrləri çox gərgin iş aparıblar, çox səylər qoyublar. Mən xüsusən Minsk qrupu həmsədrlərinin bu formatda 1997-ci ilin əvvəlindən indiyə qədər fəaliyyətini qiymətləndirmək istəyirəm. Həqiqət ondan ibarətdir ki, bu illər biz Minsk qrupu ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün müxtəlif variantlar müzakirə etmişik və müxtəlif mövzuda danışıqlar aparmışıq. Hər bir belə müzakirə bu münaqişənin nə qədər dərin, ağır olduğunu bir daha nümayiş etdirib, eyni zamanda, bizə göstəribdir ki, münaqişənin həlli üçün yeni-yeni hansı addımlar atmaq mümkündür.

Ona görə biz heç də belə fikirdə deyilik ki, ATƏT-in Minsk qrupu və xüsusən, onun həmsədrləri bu illər ərzində az iş görüblər. Çox iş görüblər və gördüyünüz bu işlərə görə mən sizə təşəkkür edirəm. Amma, eyni zamanda, təəssüf hissi doğurur ki, biz məsələnin həll olunmasını təmin edə bilməmişik. Biz bəzi hallarda buna yaxınlaşmışıq. Ancaq hansısa qəti qərar qəbul etmək mümkün olmayıbdır.

Bunlara baxarkən, onu demək olar ki, biz bu işimizi davam etdirməliyik. Çünki ATƏT-in Minsk qrupu və bugünkü formatda olan həmsədrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ən mükəmməl qurumdur. Ona görə biz bu gün də sizinlə fikir mübadiləsi aparmalıyıq ki, bundan sonra nə edək, hansı yolla gedək və nə edək ki, biz nəhayət, məsələni həll edək.

Bunları sizə deyərkən, bildirmək istəyirəm ki, mən məsələnin mütləq sülh yolu ilə həll olunmasının tərəfdarıyam. Amma eyni zamanda, bunun təkcə sülh yolu ilə həll olunmasının tərəfdarı deyiləm. Mən bu məsələnin tezliklə həll olunmasını istəyirəm. Buna görə hamımız - siz də, biz də səylərimizi artırmalıyıq və məsələnin həll edilməsinə nail olmalıyıq. Mən inanıram ki, buna nail olmaq olar. Ona görə də hesab edirəm ki, sizin bu səfərinizin böyük əhəmiyyəti var. Güman edirəm ki, bu səfəriniz zamanı irəli sürəcəyiniz təklifləri müzakirə etmək olar. Bununla söhbəti tamamlamaq olar. Etirazınız yoxdur. Sonra davam etdirərik. Sağ olun.

X X X

Qəbulda xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Rusiyanın və Fransanın ölkəmizdəki səfirləri Nikolay Ryabov və Şantal Puare, ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili Nənsi Makeldauni və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib