Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİNİN RƏHBƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 22-də Prezident sarayında Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd əl-Baradeni qəbul etmişdir.

Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV cənab əl-Baradenin dəvəti qəbul edib Azərbaycana səfər etməsindən çox məmnun olduğunu bildirdi, onunla Vyanadakı görüşünü xatırladığını vurğuladı.

Azərbaycan Prezidenti qonağa müraciətlə dedi ki, bilirəm, Milli Elmlər Akademiyasının prezidenti, xarici işlər naziri ilə görüşləriniz olubdur. Azərbaycan sizin Agentlik ilə müqavilə bağlayıbdır. Siz bunu bilirsiniz və həmin müqavilə parlament tərəfindən təsdiq olunubdur. Biz sizinlə əməkdaşlığımızı bunun əsasında davam etdirmək istəyirik.

Prezident Heydər Əliyevə səmimi qəbula görə dərin minnətdarlığını bildirən Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru MƏHƏMMƏD əl-BARADE dedi:

-Cənab Prezident, Sizin dəvətiniz mənim üçün çox böyük məna daşıyır. Ona görə də Sizin bu dəvətinizi qəbul edib ölkənizi ziyarət edirəm. Sizinlə görüşməyin mənim üçün böyük əhəmiyyəti vardır.

Mən də Vyanada Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyinə üzv qəbul edilərkən keçirdiyimiz görüşü çox yaxşı xatırlayıram. O zaman biz Sizinlə Azərbaycanın üzvlüyü, eləcə də atom enerjisinin sülh məqsədləri üçün istifadə olunması məsələlərini müzakirə etdik. Azərbaycan nüvə silahlarının yayılmaması məsələsinə öz sadiqliyini bildirdi.

Mən burada olmağımdan çox şadam və ümid edirəm ki, biz əlaqələrimizi daha da dərinləşdirəcəyik və bir sıra məsələləri müzakirə edəcəyik. Deməliyəm ki, biz işimizi çox möhkəm təməl üzərində başlayırıq. İndiyədək bizim əldə etdiyimiz nailiyyətlər, əməkdaşlığımız məni tam qane edir.

PREZİDENT HEYDƏR ƏLİYEV: Biz öz mövqelərimizə sadiqik. Yəni biz nüvə silahlarının yayılmaması prinsipini dəstəkləmişik və bu gün də dəstəkləyirik. Biz kütləvi qırğın silahlarının qadağan olunmasının tərəfdarıyıq. Xüsusən indi beynəlxalq terrorizmin geniş yayıldığı bir zamanda bu silahlardan hansısa bir vasitə ilə istifadə olunması çox təhlükəlidir. Bu barədə Azərbaycan daim öz mövqeyində olacaqdır və bu sahədə sizinlə bundan sonra da əməkdaşlıq edəcəkdir.

Bölgəmizdə bizi narahat edən Ermənistandakı atom elektrik stansiyasıdır. Bu elektrik stansiyasının tullantılarının harada basdırılması məsələsi bizə məlum deyil. Bəzi məlumatlar onu göstərir ki, onlar tullantıları Azərbaycanın işğal olunmuş ərazilərində basdırırlar, ya basdırmağa cəhd edirlər. Bölgəmiz üçün çox əhəmiyyətli olan Araz çayının da Ermənistan tərəfindən çirkləndirilməsi bizi narahat edir.

Xatirimdədir, hələ 1980-ci illərin əvvəllərində Ermənistanın Zod bölgəsində qızıl mədənlərindən çıxan filizin flotasiyası üçün Arazın kənarında bir zavod tikilirdi və oradakı tullantıların Araza buraxılması təhlükəsi var idi. Biz o vaxt buna etiraz etdik. Amma indi Ermənistan ilə Azərbaycan arasında münaqişə olduğu üçün bizim bu barədə məlumatımız yoxdur və bir şey də edə bilmərik. Bu məsələ nəzarət altında olmalıdır. Biz Araz çayından çox məqsədlər üçün istifadə edirik. Bu çayın suları Xəzər dənizinə axır. Demək, bu çayın təmizliyi Xəzər dənizinin təmizliyi üçün lazımdır. Ona görə bu məsələ bizi çox narahat edir. Biz istərdik ki, əməkdaşlığımızda bu məsələyə də diqqət yetirəsiniz.

Xəzər dənizinin ekologiyası, onun çirklənməsinin qarşısının alınması sahəsində də çox ciddi tədbirlər görmək lazımdır. Biz bununla məşğul oluruq. Güman edirəm, Xəzəryanı hər bir ölkə də, dövlət də bununla məşğul olur. Ancaq bizim hamımızın səylərimiz yetərli deyil. Xəzər dənizi ardıcıl surətdə çirklənir.

Bildirmək istəyirəm ki, Xəzər dənizindən neft və qaz hasilatı Xəzər dənizini çirkləndirmir. Çünki indi dünyanın böyük neft şirkətləri bizimlə bərabər Xəzər dənizində bu işlərlə məşğul olarkən, onlar müasir texnikanın, texnologiyanın tələblərindən, imkanlarından istifadə edirlər və ekologiya barəsində çox diqqətlidirlər.

Xəzər sahilyanı hər bir ölkədən dənizə buraxılan tullantılar nəticəsində çirklənir. Bu, çox böyük problemdir. Bununla da məşğul olmaq lazımdır. Amma heç kəs təkbaşına bir şey edə bilməz.

Prezident Heydər Əliyevin qaldırdığı məsələlərin vacibliyi ilə tam razı olduğunu bildirərək MƏHƏMMƏD əl-BARADE dedi ki, çirkabların Araz çayına axıdılması elə bilirəm, bu regionda hamını narahat edən məsələdir. Mən təklif etmişəm ki, Araz hövzəsindəki suları biz yoxlayaq, onları testdən keçirək və orada çirkabların hansı səviyyədə olmasını müəyyən edək. Suların çirklənməsi üzrə bizim çox müasir laboratoriyamız vardır. Mən xahiş edəcəm kİ, onlar buraya gəlsinlər və bu məsələ ilə məşğul olsunlar.

Sizinlə razıyam ki, Xəzərin ekologiyasının qorunması sahəsində səylərimizi artırmalıyıq. Mən belə başa düşürəm ki, Bakıda Xəzərin ekologiyası ilə məşğul olmaq üçün bir mərkəz yaratmaq yerinə düşər və biz də bu mərkəzlə işimizi davam etdirə bilərik. Bütün bunların hamısı həm Sizin üçün, həm də bizim üçün çox vacib olan məsələlərdir. Sizi əmin etmək istəyirəm ki, adını çəkdiyim bütün bu məsələlərə yüksək səviyyədə lazımi diqqət göstəriləcəkdir.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Beynəlxalq Atom Enerjisi Agentliyinin Texniki Əməkdaşlıq Departamentinin Avropa ölkələri şöbəsinin müdiri Massud Samiei iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO