Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ÇİNİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev martın 30-da Prezident iqamətgahında Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Çjan Siyunun etimadnaməsini qəbul etmişdir. 

Səfir cənab ÇJAN SIYUN etimadnaməsini Azərbaycan dövlətinin başçısına təqdim edərək dedi:

-Cənab Prezident!

Mənim Azərbaycan Respublikasında förqəladə və səlahiyyətli səfir təyin olunmağım haqqında Çin Xalq Respublikası Sədrinin imzaladığı etimadnaməni bu gün Sizə təqdim etməkdən böyük şərəf duyuram.

Cənab Prezident, mən Sədr Tszyan Tszeminin səmimi salamını və ən gözəl arzularını Sizə çatdırmaq kimi xoş bir tapşırığı da yerinə yetirirəm.

Cənab Prezident, Çin Azərbaycana özü üçün dost bir ölkə kimi baxır və qarşılıqlı münasibətlərimizi Azərbaycan tərəfi ilə birgə yeni səviyyəyə qaldırmağa hazırdır.

Cənab Prezident, etimadnaməmi Sizə təqdim edərək, öz məsuliyyətimi tamamilə başa düşürəm və Sizi əmin edirəm ki, dövlətlərarası münasibətlərimizin daha da inkişafı naminə bütün səylərimi və bacarığımı əsirgəməyəcəyəm.

Sağ olun.

X X X

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV səfirə müraciətlə dedi:

-Hörmətli cənab səfir!

Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə Sizi təbrik edirəm və gələcək işinizdə uğurlar arzulayıram.

Çin ilə Azərbaycan arasında dostluq münasibətləri, demək olar, bütün sahələrdə geniş əməkdaşlıq mövcuddur və biz bunu özümüz üçün çox vacib hesab edirik. Biz Çin Xalq Respublikasını özümüzə dost ölkə bilirik və münasibətlərimizi inkişaf etdirmək niyyətindəyik.

Çin Xalq Respublikası ilə müstəqil Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının bu günlər 10 ili tamam olur. Sizin bəxtiniz gətirmişdir ki, Çin Xalq Retpublikasının səfiri kimi öz vəzifələrinizin yerinə yetirilməsinə bu münasibətlərin 10-cu ildönümünü qeyd etdiyimiz günlərdə başlayırsınız. Keçdiyimiz bütün dövr sizin üçün də, bizim üçün də böyük əhəmiyyətə malikdir, çünki biz onillik yolu keçərək, bir-birimizi yaxşı tanıdıq və təbii ki, münasibətlərimizi daha geniş inkişaf etdirməyə imkanımız var.

Çin Xalq Respublikasının Sədri cənab Tszyan Tszeminin salamını mənə yetirdiyinizə görə Sizə təşəkkür edirəm. Xahiş edirəm, mənim dostluq salamımı, ən xoş arzularımı və yüksək dövləti fəaliyyətində uğurlar dilədiyimi ona yetirəsiniz.

Sizi bir daha təbrik edirəm.

X X X

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev, Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Siyun, onun xanımı, səfirliyin əməkdaşları xatirə şəkli çəkdirdilər.

X X X

Etimadnamənin təqdim edilməsi mərasimindən sonra Prezident Heydər Əliyev ilə səfir Çjan Siyun arasında səmimi söhbət oldu.

Səfir ÇJAN SİYUN Azərbaycan Prezidentinə müraciətlə dedi:

- Sizin dövlətlərarası münasibətlərimizin inkişafına belə diqqət yetirməyinizi Çində çox yüksək qiymətləndirirlər. Bu münasibətlər müvəffəqiyyətlə inkişaf edir, biz məhz Sizin Çinə səfəriniz zamanı təməli qoyulmuş zəmində ikitərəfli əməkdaşlıq sahəsində yeni-yeni uğurlar qazanırıq. Sədr Tszyan Tszemin Sizinlə görüşlərini böyük səmimiyyətlə xatırlayır.

Sizi bir daha əmin etmək istəyirəm ki, Sizinlə cənab Tszyan Tszemin arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsi üçün var qüvvə ilə səy göstərəcəyəm.

HEYDƏR ƏLİYEV: Sağ olun. İndi Çin Xalq Respublikası ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər artıq qəti təşəkkül tapmışdır. Çin Xalq Respublikasının buradakı səfirliyi möhkəmlənmişdir, onun üçün yaxşı bina tikilmişdir.

ÇJAN SİYUN: Sizin diqqətiniz sayəsində indi bizim yaxşı, gözəl binamız var.

HEYDƏR ƏLİYEV: Yeri gəlmişkən, mən cənab Li Pen ilə birlikdə səfirliyin binasının bünövrəsinin qoyulması mərasimində iştirak etmişdim. Sonra isə onun açılışı olanda səfirin xahişi ilə təntənəli mərasimdə iştirak etdim.

ÇJAN SİYUN: Bir halda ki, Siz mənim sələfimin xahişini yerə salmamısınız, onda səmimiyyətinizdən istifadə edərək, Sizi diplomatik münasibətlərimizin 10 illiyi münasibətilə aprelin 2-də səfirliyimizdə keçiriləcək tədbirə dəvət etmək istərdim.

HEYDƏR ƏLİYEV: Belə çıxır ki, biz çox tez-tez görüşəcəyik?

ÇJAN SİYUN: Bu, dövlətlərmimiz arasında sıx əlaqələr olduğuna dəlalət edən yaxşı əlamətdir.

HEYDƏR ƏLİYEV: Əlbəttə, mən bu barədə düşünəcəyəm. Hər halda, biz Çin Xalq Respublikası səfirliyinin burada, Azərbaycanda fəaliyyətindən çox razıyıq. Burada dövlət hakimiyyəti orqanları ilə, ictimai təşkilatlarla yaxşı münasibətlər yaranmışdır, ona görə də fəaliyyət üçün yaxşı zəmin var. Görürəm, Siz də təcrübəli diplomatsınız, bir çox illər Moskvada işləmisiniz, keçmiş Sovetlər İttifaqına, keçmiş İttifaqın respublikalarına, o cümlədən Azərbaycana da bələdsiniz. Ona görə də, zənnimcə, burada işləmək də, dövlət hakimiyyəti orqanları, ictimai təşkilatlar, ayrı-ayrı vətəndaşlar ilə ünsiyyət saxlamaq da Sizin üçün çox asan olacaqdır. Bir sözlə, burada fəaliyyətiniz üçün çox əlverişli şərait olacaqdır.

ÇJAN SİYUN: Cənab Prezident, təyinatım haqqında məlumat alanda və biləndə ki, Azərbaycanda Çinin çoxlu dostu var, çox sevindim.

Yeri gəlmişkən, mən Sizinlə 1980-ci illərin ortalarında görüşmüşəm. Siz Sovet İttifaqının Moskvadakı səfirliyimizə gələn ilk rəhbərlərindən biri idiniz. O zaman mən gənc və indikindən bir qədər gözəl idim. Mən Sizin görüşünüzdə tərcüməçilik edirdim. Mənim əsas işim tərcüməçilik ıdi. Mən bunda da dostluq münasibətlərimiz üçün yaxşı zəmin görürəm, sələfim də çox işlər görmüşdür. Əlbəttə, Çin Xalq Respublikasının Sədri və Siz, cənab Prezident, bütün sahələrdə əməkdaşlığımızın inkişafına daim diqqət yetirirsiniz. Zənnimcə, burada bunun üçün yaxşı əsas var. Biz bu fikirdəyik ki, Sizin köməyiniz və diqqətinizlə, təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyindəki həmkarlarımın köməyi və dəstəyi ilə biz daha böyük uğurlar qazanacağıq.

Mən öz vəzifəmi mövcud nailiyyətləri inkişaf etdirməkdə və ikitərəfli yaxşı münasibətləri iqtisadi əməkdaşlığın real səviyyəsi ilə dolğunlaşdırmaqda görürəm.

HEYDƏR ƏLİYEV: Deməli, biz köhnə tanışlarıq. Mən Çinin Moskvadakı səfirliyinə getməyimi xatırlayıram. Əgər Siz onda çox gənc idinizsə, deməli, indi də heç qoca deyilsiniz.

ÇJAN SİYUN: Moskvadakı səfirliyimizə gəlməyiniz bizim üçün boyük hadisə oldu və bununla əlaqədar səfirimiz bütün əməkdaşlarına əməlli-başlı səliqə-sahman yaratmağı tapşırmışdı. Odur ki, Sizin səfirliyimizə gəlməyiniz təkcə bizim üçün deyil, həm də ikitərəfli münasibətlər üçün böyük hadisə idi. Zənnimcə, Sizin doğma Bakı şəhərində səfirliyimizə yenidən təşrif gətirməyiniz də böyük hadisəyə çevriləcək və Çin- Azərbaycan münasibətləri ilə məşğul olan bizləri yeni uğurlara ruhlandıracaqdır.

HEYDƏR ƏLİYEV: Bəli, Siz razılıq almağı bacarırsınız. Bəli, səfirliyinizə gəlməyimi xatırlayıram. Həqiqətən, o zaman Sovetlər İttifaqı ilə Çin arasında münasibətlərdə heç də hər şey qaydasında deyildi. Belə görüşlər də az-az olurdu və ona görə də Siyasi Büro üzvünün, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavininin səfirliyə gəlməsi sizin üçün də, bizim üçün də hadisə idi. Çünki o zaman dövlətimizin siyasəti mövcud münasibətlərlə müəyyənləşdirilirdi. Lakin bunlar artıq keçmişdə qalmışdır. İndi Siz müstəqil Azərbaycandasınız, münasibətlər də bambaşqadır və hesab edirəm ki, Sovetlər İttifaqı və Çin arasındakı kimi deyildir. O zaman bu münasibətlər gah səmimi, gah da soyuq, hətta bəzən çox gərgin olurdu.

ÇJAN SİYUN: Bizim aramızda isə ancaq yaxşı münasibətlər var.

HEYDƏR ƏLİYEV: Bizim isə diplomatik münasibətlərimiz elə qurulan andan yaxşıdır və belə də qalacaqdır. Çünki Azərbaycanın Çinlə mübahisə etməli bir məsələsi yoxdur, aramızda da heç bir problem mövcud deyildir. O vaxt isə Sovetlər İttifaqı ilə mübahisələr vardı, bəziləri bəlkə hələ bu günədək qalır.

ÇJAN SİYUN: Mübahisələr həm bizim üçün, həm də Sovet Ittifaqi üçün anlaşıqlı deyildi.

HEYDƏR ƏLİYEV: Bir sözlə, burada sizin probleminiz olmayacaqdır, çünki ölkələrimiz arasında dostluq münasibətləri yaranmışdır və bu münasibətlər davam və inkişaf edəcəkdir. Buna şübhə etməyə bilərsiniz. Burada Sizin uğurla işləməyiniz üçün hər cür şərait yaradılacaqdır.

X X X

Mərasimdə Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentın İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

AZƏRTAC

Fotolar Oqtay Aydınoğlunun,

Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib