Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV FRANSA NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 10-da Prezident sarayında Fransa-Azərbaycan dostluq qrupunun sədri, senator Jan Buayenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

        Qonaqları mehribanlıqla salamlayan dövlətimizin başçısı

Heydər Əliyev dedi:

-  Cənab senator Jan Buaye, mən Sizi və Sizinlə bərabər Azərbaycana gəlmiş qonaqlarla görüşməyimdən çox məmnunam. Xoş gəlmisiniz.

Siz Fransa parlamentində Fransa-Azərbaycan dostluq qrupunun sədri kimi, çox illərdir çalışmısınız və Fransa-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox xidmətlər göstərmisiniz. Ona görə hər dəfə Sizi görəndə məndə böyük minnətdarlıq hissi oyanır. Buyurun.

Prezident Heydər Əliyevə təşəkkürünü bildirən cənab

Jan Buaye dedi:

        - Cənab Prezident, çox sağ olun. Mənim bu gün buraya səfərimin iki mənası var. Birincisi, ən əsası bir senator kimi gəldim ki, Sizinlə görüşüm, vidalaşım və Sizə minnətdarlığımı bildirim. Çünki mən bundan sonra, yəni sentyabr ayında senat seçkilərinə öz namizədliyimi təqdim etməyəcəyəm.

Cənab Prezident, ikinci məqsədim isə odur ki, məni əvəz edəcək senator cənab Ambruaz Düponu Sizə təqdim etmək istəyirəm. Onun senatda bu dostluq qrupunun sədri olmasını təklif edəcəyəm. Mən ümid edirəm ki, bu, qəbul olunacaqdır.

        Cənab Prezident, demək istəyirəm ki, mən həm bu vəzifəmi, həm də dostluq qrupunda sədrliyimi həyacansız dərk edə bilmirəm. Çünki özünüz yaxşı bilirsiniz, bir neçə il bundan əvvəl Sizin razılığınız və xeyir-duanızla biz bu dostluq qrupunu yaratmışdıq.  Siz yaxşı bilirsiniz ki, biz fəaliyyətmizdə həddindən artıq çox səylər göstərmişik. Xüsusilə də Sizin qonşunuzla olan münasibətlərinizdə bu səylərimizi daha çox göstərmişik.

        Cənab Prezident, mənim yanımda dostum cənab Düpon oturmuşdur. Ondan xahiş edəcəyəm ki, bundan sonra da bizim bu məqsədimizi daha çox müdafiə etsin, daha çox Azərbaycanı müdafiə etsin. Əminəm ki, o, bunu edəcəkdir. O, əslində, elə Azərbaycan üçün səs verən 40 senatordan biridir.

        Cənab Prezident, Sizə demək istəyirəm ki, mən bizim yaratdığımız evin açarlarını çox böyük inamla, etibarla cənab Düpona verirəm. Sizə minnətdarlığımı bildirirəm ki, bizim Sizinlə görüşlərimiz zamanı mənə rəsmi və qeyri-rəsmi surətdə öz qayğılarınızdan, ölkənizin problemlərindən danışmısınız. Bu, mənim üçün böyük şərəf idi. Sizdən xahiş etmək istərdim ki, Siz bunu cənab Düpon üçün də edəsiniz.

        Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, bu fəaliyyət bundan sonra da davam edəcəkdir. Mən senatın sədri, dostunuzun salamlarını Sizə çatdırıram. O, məndən xahiş edibdir ki, onun ən xoş arzularını çatdırım.Onun fikri bundan ibarətdir və o, əvvəlki mövqeyində qalır, biz bir yerə yığışmalıyıq ki, qarşımıza çıxan problemləri birlikdə həll edək.

        Mən dünya mətbuatından çox yaxşı bilirəm ki, Siz daim, həmişə çalışmısınız ki, bu regionda sülhü, əmin-amanlığı bərpa edəsiniz. Sizin böyük dostunuz Prezident Şirak da Sizin yanınızdadır. Mən deməliyəm ki, o da sülhsevər adamdır və həmişə Sizinlə birlikdə sülh axtarışlarını davam etdirəcəkdir. 

        Mənim əsas arzum ondan ibarətdir ki, ağıl, müdriklik hisslərə qalib gəlsin. Cənab Prezident, Siz isə müdrik adamsınız. Müdrik adam olduğunuz üçün də həmişə düzgün mövqe tutmusunuz. Bu isə həmişə mənim ürəyimdə ən əziz bir fikir və ideya kimi qalacaqdır. Çox sağ olun.

Heydər Əliyev: Mənim əziz dostum, çox təşəkkür edirəm.

        Mən qeyd etdim ki, Fransa-Azərbaycan dostluq qrupunun sədri kimi Siz uzun illər Fransa-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində çox xidmətlər göstərmisiniz. İndi bir halda ki, Siz artıq bu vəzifəni tərk edirsiniz, mən Sizə bütün bu fəaliyyətinizə görə səmimi qəlbdən təşəkkür edirəm.

        Bizim deməyə haqqımız var ki, bu illər Fransa ilə Azərbaycan arasında bir çox sahələrdəəlaqələrimiz inkişaf edibdir. O cümlədən parlamentlərarası əlaqələr çox yaxşı inkişaf edibdir. Ticarət əlaqələri, iqtisadi əlaqələr barədə də bunu demək olar. Azərbaycanda Fransanın böyük neft şirkətləri - “Total”, “Elf Akiten”  geniş fəaliyyət göstərirlər. Ancaq bunları hələ yetərli hesab etmək olmaz. Amma bunlardan da əsas, hesab edirəm, bizim ən böyük nailiyyətimiz odur ki, ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxşı tanıtmışıq.

        Fransa böyük, qədim ölkədir. Qərb mədəniyyətinin, dünya mədəniyyətinin inkişafında və bütün dünyadakı demokratik proseslərin həyata keçirilməsində onun xidmətləri var. Ona görə də Fransanı, fransızları  hər yerdə həm böyük ölkə kimi, həm böyük tarixə malik olan xalq kimi, həm də onların əldə etdiyi başqa nailiyyətlərə görə tanıyırlar. Azərbaycan isə gənc, müstəqil bir ölkədir, müstəqil bir dövlətdir. Biz bu il öz dövlət müstəqilliyimizin elan olunmasının onuncu ildönümünü qeyd edirik. Ona görə, təbiidir, biz hər şeydə gəncik. Mən demək istəmirəm ki, fransızlar gənc deyillər, qocalıblar. Sadəcə, mən ölkə, dövlət kimi deyirəm. Ona görə, təbiidir ki, Azərbaycan bir müstəqil dövlət kimi keçmişdə Fransada tanına bilməzdi. Çünki müstəqilliyi yox idi. Müstəqillik əldə edəndən sonra çox böyük səylər göstərmək lazım idi ki, Fransada Azərbaycanı yaxşı tanısınlar.

Biz- həm Fransa, həm də Azərbaycan- bu sahədə apardığımız müştərək işlərin nəticəsində Azərbaycanı Fransada müəyyən qədər tanıda bilmişik. Fransanı da Azərbaycan cəmiyyəti təkcə coğrafiya kitablarından, yaxud ayrı-ayrı başqa kitablardan alınan məlumatlar əsasında yox, ölkədə gedən proseslər, ölkənin müasir vəziyyəti, onun dünya siyasətindəki yeri, rolu kimi çox mühüm məsələlər əsasında bu illərdə yaxşı öyrənə və lazımi biliklər ala bilibdir.

         Mən bütün bu işlərdəSizin xidmətlərinizi bir daha qeyd etmək istəyirəm. Əsas odur ki, Sizi bizim ölkəmizdə- həm hakimiyyət dairələrində, həm də cəmiyyətdə- Azərbaycana səmimi dostluq münasibəti göstərən bir Fransa senatoru kimi tanıyırlar. Mən isəSizi artıq öz şəxsi dostum hesab edirəm.

        Prezident cənab Jak Şirakla mənim aramda çox səmimi dostluq əlaqələri yaranıbdır. Xüsusən, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Rusiya, Amerika Birləşmiş Ştatları ilə bərabər, Fransa Minsk qrupunun həmsədri olan zamandan Prezident cənab Şirakla mənim əlaqələrim daha da genişlənib və daha da dərinləşibdir. O, həm Fransanın Prezidenti kimi, həm də bir şəxsiyyət kimi dünyada, beynəlxalq aləmdə, dünya siyasətində çox böyük xidmətlər göstərmiş insandır və böyük də hörmət qazanıbdır.

        Bu ilin yanvar və fevral aylarında mən Parisdə onunla iki dəfə görüş keçirmişəm. Bizim telefon danışıqlarımız da olubdur. Məktublaşma vasitəsilə dəəlaqələrimizi həyata keçiririk. Mən bu dostluq əlaqələrindən çox məmnunam. Hiss edirəm və görürəm ki, Prezident cənab Jak Şirak Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün çox səmimi səylər göstərir. Bunlar hamısı son illər bizim əlaqələrimizin əldə etdiyi nailiyyətlərdir.

Mən təəssüf edirəm ki, Siz öz vəzifənizi tərk edirsiniz. Çünki  Azərbaycan artıq Sizinlə çox yaxınlaşıbdır, dostlaşıbdır. Biz həmişə hiss etmişik ki, Siz Azərbaycana qarşı səmimi münasibət göstərirsiniz.  Amma qərar Sizinkidir. Mən bunun qarşısını ala bilmərəm. Əgər mənimlə məsləhətləşsəydiniz, Sizə deyərdim ki, hələ istefa verməyin, seçkilərdə yenə də iştirak edin. Ancaq dediniz ki, Sizin dostunuz cənab Düpon gördüyünüz işlərin çox dəyərli davamçısı olacaqdır. Mən çox məmnunam ki, Sizdən sonra Sizə bənzər bir dost tapırıq. İnanıram ki, Sizin kimi o da Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdirilməsi üçün çalışacaq və bizimlə səmimi dostluq əlaqələri yaradacaqdır.

        Xahiş edirəm, senatın sədrinə, parlamentin sədrinə mənim salamlarımı, hörmət və ehtiramımı çatdırasınız. Sizə bir daha təşəkkür edirəm və gələcək işlərinizdə uğurlar, həyatınızda xoşbəxtlik arzulayıram.

        Jan Buaye: Cənab Prezident, çox sağ olun.

        Qəbulda Prezident katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin icra aparatının şöbə müdiri Novruz Məmmədov iştirak edirdilər. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq