Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İRANIN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 11-də Prezident sarayında İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazini və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir. 

Qonaqları səmimiyyətlə qarşılayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dedi:

- Hörmətli cənab nazir, ağayi Xərrazi!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz. Hörmətli ağayi Xərrazi, mən sizin Azərbaycana gəlmək haqqında qəbul etdiyiniz qərardan çox məmnunam. Güman edirəm ki, sizin bu qısamüddətli səfəriniz İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox faydalı olacaqdır.

Mən bir neçə vaxtdır ki, İrana gəlməyə hazırlaşıram. Amma bizdən asılı olmayan bəzi hadisələr bu səfərin müəyyən qədər ləngiməsinə gətirib çıxarır. Ancaq belə bir şəraitdə sizin Azərbaycana, Bakıya gəlməyiniz, hesab edirəm ki, çox faydalıdır.

Bu gün qısa müddətdə baş nazirlə, xarici işlər naziri ilə görüşləriniz olub və güman edirəm, bu görüşlər yaxşı keçibdir. İndi də biz sizinlə görüşüb söhbət etmək imkanı əldə etmişik. Buyurun.

Səmimi qəbula görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirən İranın xarici işlər naziri KAMAL XƏRRAZİ dedi:

- Cənab Prezident, çox sağ olun. Mən çox şadam ki, ikinci dəfədir Sizinlə görüşürəm. Keçmiş görüşdən yaxşı və yaddaqalan xatirələrim vardır. Sizinlə keçirdiyim görüşdən mən çox faydalanmışam. Belə ki, Siz dünya miqyasında böyük bir siyasətçi kimi tanınırsınız.

Xoşbəxtlikdən, İran-Azərbaycan münasibətləri gündən-günə inkişaf etməkdədir. Sözsüz ki, xarici işlər nazirlərinin gediş-gəlişləri, səfərləri münasibətlərimizin inkişafına daha çox müsbət təsir göstərə bilər. Azərbaycanın xarici işlər naziri cənab Vilayət Quliyevlə biz belə qərara gəlmişik ki, görüşlərimizi mütəmadi şəkildə, 6 aydan bir həyata keçirək. Sözsüz ki, iki dövlətin başçılarının möhkəm siyasi iradələri nəticəsində bizə bu görüşləri keçirmək və həll olunmayan məsələləri daha da tez bir müddətdə həll etmək müyəssər ola bilər.

Cənab Prezident, ölkəmizin Prezidenti cənab Xatəmi Sizə çox səmimi və hərarətli salamlarını çatdırmağı mənə tapşırmışdır. Deməliyəm ki, Sizin şəxsiyyətinizə onun çox böyük hörmətli vardır. O, İranla Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirir və bunu təkidlə izləyir. Belə hesab edirəm ki, Zati-aliləri, Sizin və cənab Xatəminin siyasi iradəsi nəticəsində iki ölkə arasında, Azərbaycan və İran arasında münasibətlər gündən-günə daha da genişlənəcək və vüsət tapacaqdır. Təşəkkür edirəm.

HEYDƏR ƏLİYEV: Sağ olun. Təşəkkür edirəm.

Əvvəla, çox məmnunam ki, mənim dostum Prezident cənab Xatəmi öz salamlarını sizin vasitənizlə mənə çatdırıbdır. Təşəkkür edirəm. Xahiş edirəm, mənim salamlarımı və ən xoş arzularımı cənab Xatəmiyə çatdırasınız.

Mən sizinlə tamamilə razıyam ki, İran-Azərbaycan əlaqələri inkişaf etməkdədir. Çox sevindirici haldır ki, hər iki tərəf - həm Azərbaycan, həm də İran bu əlaqələri daha da inkişaf etdirmək istəyir. Mən bəyan edirəm ki, biz İranı qonşumuz, dostumuz və qardaş ölkəmiz hesab edirik. İran ilə olan əlaqələrimizə biz xüsusi əhəmiyyət veririk. Bu əlaqələri həm möhkəmləndirmək istəyirik, həm də daim genişləndirmək, inkişaf etdirmək istəyirik. Doğrudur, bu əlaqələrin inkişaf etməsinə maneçilik törədənlər də var və ümumiyyətlə, ayrı-ayrı əngəllər də çıxır. Ancaq bunların heç birisi bizim İran-Azərbaycan əlaqələri haqqında siyasətimizə heç bir təsir göstərə bilməz .

Bu yaxınlarda sizin parlamentin deputatlarının bir qrupu cənab Şerdustun rəhbərliyi ilə Azərbaycana gəlmişdi. Burada çoxsaylı görüşlər keçirdilər. Mən də onlarla görüşdüm, çox faydalı söhbətimiz oldu. Belə görüşlər bizim işlərimizə kömək edir. Mən tam razıyam ki, siz, İranın və Azərbaycanın xarici işlər nazirləri belə qərar qəbul etmisiniz ki, altı aydan bir ya İranda, ya da Azərbaycanda görüşəsiniz. Mən bu fikri dəstəkləyirəm. Ümidvaram ki, bu, çox səmərəli olacaqdır.

Bilirsiniz ki, mənim İrana gəlməyimlə əlaqədar artıq biz lazım olan sənədlərin hamısını işləyib hazırlamışdıq. İndi sənədlər masanın üstündədir. Həm dostluq, əməkdaşlıq haqqında müqavilə, həm də siyasi bəyanat. Doğrudur, bunları o səviyyəyə gətirmək üçün bir müddət hər iki tərəfdən çalışdıq. Ancaq eyni zamanda, bu da təbiidir, heç şey bir dəfədən alınmır. Ona görə mən hesab edirəm ki, artıq bizim sənədlərimiz hazırdır. Bilirsiniz ki, mənim Amerika Birləşmiş Ştatlarına getməyimlə əlaqədar və orada müəyyən qədər müalicə almağımla əlaqədar o vaxt səfər edə bilmədim. Biz danışacağıq, yaxın vaxtlarda bizim ikimizin də qərarını həyata keçirəcəyik.

Bilirsiniz, 11 sentyabr hadisələrindən sonra bizim regionda çox mürəkkəb vəziyyət var. Hamımız beynəlxalq terrorizmlə mübarizəyə daha da fəal qoşulmalıyıq. Biz bu barədə öz siyasətimizi bəyan etmişik. Bildiyimə görə, İran da bəyan edibdir ki, beynəlxalq terrorizmlə mübarizədə bütün başqa ölkələr kimi, o da öz fəaliyyətini göstərəcəkdir. Biz bu mübarizəni aparmalıyıq. Ona görə ki, bizim bölgəmizdə sülhü, əmin-amanlığı, təhlükəsizliyi daha da etibarlı qoruya bilək. Biz bu sahədə də İranla əməkdaşlıq edirik və bundan sonra da edəcəyik. Həll olunmamış başqa məsələlər ki var, məsələn bizim iqtisadi əlaqələrimiz sahəsində, güman edirəm, onları yavaş-yavaş həll edə bilərik.

KAMAL XƏRRAZİ: Çox sağ olun, təşəkkür edirəm.

Hörmətli cənab Prezident, sözsüz ki, Sizin səfəriniz münasibətlərimizin daha da sürətlə inkişaf etməsinə öz müsbət təsirini göstərəcəkdir. Ümidvarıq ki, Sizə münasib olan yaxın bir vaxtda bu səfər həyata keçiriləcək, Siz cənab Xatəmi ilə danışıqlarınızı davam edirəcəksiniz və bunun münasibətlərimizin inkişafına öz müsbət təsiri olacaqdır.

Parlamentlərarası gediş-gəlişlər, yəni səfərlər də çox əhəmiyyətli olur. Cənab Şerdustun Azərbaycana səfəri İranda çox müsbət qarşılanmış və geniş əks-səda doğurmuşdur. İstər parlamentdə, istərsə də mətbuatda onun səfərinin nəticəsi geniş işıqlanmışdır.

Sözsüz ki, bu regiondakı dəyişikliklər çox sürətlə baş verir. Zati-aliləri, Siz dediyiniz kimi, 11 sentyabrdan sonra terrorizmə qarşı mübarizəyə çoxları qoşulub və bu regionda sülhün, əmin-amanlığın təmin olunması üçün daha böyük işlər görülməlidir. Bildiyiniz kimi, 11 sentyabrdan sonra biz bu hərəkəti, yəni terrorizmi tənqid etdik. Biz belə hesab edirik ki, gərək terrorizmə qarşı birgə mübarizə aparılsın, onun kökü beynəlxalq səviyyədə bu yolla kəsilə bilər.

Biz Əfqanıstanın qonşu ölkəsi olduğumuza görə, mütəşəkkil cinayətkarlıqdan və digər xoşagəlməz hadisələrdən çox böyük ziyan görmüşdük. Biz bu gün çox şadıq ki, Əfqanıstanda müvəqqəti hökumət təşkil olunub və beynəlxalq təşkilatlar onlara kömək edirlər. Ümidvarıq ki, narkotik vasitələrə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə lazımi işlər həyata keçiriləcəkdir.

Regiondakı ən böyük problemlərdən biri Qarabağ problemidir. Ümidvarıq ki, region dövlətlərinin himayəsi nəticəsində, o cümlədən İran İslam Respublikasının himayəsi nəticəsində Qarabağ problemi ədalətli həll yolunu tapacaqdır. Biz bu sahədə Azərbaycana kömək etməyə hazırıq. Xoşbəxtlikdən, biz həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlər qura bilmişik. Belə bir nəticə cənab Xatəminin gərginliyi azaltmaq siyasəti nəticəsində əldə olunubdur.

Biz Qarabağ məsələsinin həll olunmasını regionda iqtisadi əlaqələrin inkişafı üçün lazımi bir şərt kimi qəbul edirik. Belə hesab edirik ki, Azərbaycanın müdafiə qüdrətinin möhkəmlənməsi, təmin olunması və siyasi fəaliyyəti davam etdirmək nəticəsində bu münaqişəni həll etmək olar.

Biz Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək və daha da genişləndirmək üçün əzmlə çalışırıq. İndiyə qədər bəzi işlər görülüb, amma belə hesab edirik ki, bunlar hələ lazımi qədər deyildir. Biz düşünürük ki, müxtəlif sahələrdə, o cümlədən tikinti, ticarət, birgə sərmayələr qoymaq sahəsində, enerji daşıyıcıları ilə bağlı məsələlərdə bir çox işlər görə bilərik. Əlbəttə, adını çəkdiyim sahələrdə ekspertlər səviyyəsində danışıqlar davam edir. Lakin istərdim ki, Sizin tapşırığınız olsun. Sizin göstərişiniz nəticəsində danışıqlar daha surətlə davam etdirilə bilər və lazımi nəticəyə gəlib çatarıq.

Mən bir daha təkrar edirəm ki, Azərbaycanın istiqlaliyyəti, səadəti bizim əsas məqsədimizdir və bu sahədə yenə də çalışacağıq, işlərimizi davam etdirəcəyik.

HEYDƏR ƏLİYEV: Cənab Xərrazi, təşəkkür edirəm.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması sahəsində sizin bundan sonra da səylər qoymaq məqsədinizi mən alqışlayıram və təşəkkür edirəm. Bu münaqişə artıq çox illərdir davam edir. Münaqişənin həll edilməsində dost, qardaş, qonşu ölkə olan İranın həm dəstəyinə, həm də yardımına həmişə ehtiyacımız olubdur. Bu gün də belədir. Ancaq Ermənistanla əlaqələrinizin yaxşı olması sizin siyasətinizin nəticəsidir. Amma mən istəməzdim ki, siz Azərbaycanla Ermənistana olan münasibətinizi bir tərəzidə eyni çəkidə saxlayasınız.

Siz buyurdunuz ki, xoşbəxtlikdən Azərbaycan ilə yaxşı əlaqə qurmusunuz, Ermənistanla da yaxşı əlaqə qurmusunuz, bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında faydalı ola bilər. Bu, doğrudur. Ancaq İran-Azərbaycan əlaqələrini İran-Ermənistan əlaqələri ilə bərabərləşdirmək olmaz. Çünki bizim ölkələrimizi, xalqlarımızı bir-birinə bağlayan böyük tarixdir, bizim tarixi köklərimizdir, bizim müştərək mədəniyyətimizdir, adət-ənənələrimizdir, bizim bir dinə mənsub olmağımızdır. Amma Ermənistanla sizin yəqin ki, ancaq iqtisadi əlaqələriniz var. Ona görə rica edərdim ki, bu əlaqələrə eyni gözlə baxmayasınız.

İqtisadi məsələlər, hansıları ki, siz dediniz, həqiqətən bizim əlaqələrimizdə belə problemlər var. Biz bunları tədricən həll edirik. Xatirinizdədir, bizim müştərək iqtisadi komissiyamız bir neçə vaxt bundan öncə İranda toplaşdı və orada çox yaxşı müzakirələr keçdi. Ancaq hələ işlərin çoxu həll olunmayıbdır. Mən öz tərəfimdən əlavə göstərişlər verəcəyəm ki, bu əlaqələrin inkişaf etdirilməsi üçün, həm bizim müştərək komissiya çərçivəsində, həm də bütün başqa sahələrdə lazımi tədbirlər görülsün.

KAMAL XƏRRAZİ: Zati-aliləri, çox sağ olun.

İran ilə Azərbaycan arasında bizi bağlayan əlaqələr, o cümlədən tarixi, mədəni, dini əlaqələr, sözsüz ki, hər iki xalq üçün böyük sərvətdir. Biz bunların əsasında mövcud olan imkanlardan gələcək üçün geniş istifadə etməliyik. Amma bəlkə də bunları - İranın Azərbaycanla və İranın Ermənistanla əlaqəsini müqayisə etmək olmaz. İstər dərinliyi baxımından, istərsə də vüsəti baxımından İranla Azərbaycanın münasibətlərinin həddi-hüdudu ola bilməz. Ona görə Sizin işarə etdiyiniz o birgə müştərək ilgilər buna əyani sübutdur.

Biz yoxlamalı və baxmalıyıq ki, hansı sahələrdən daha geniş istifadə edək ki, əlaqələrimiz ən yüksək nöqtəsinə gəlib çatsın. Biz buna tamamilə hazırıq. Belə hesab edirik ki, iki tərəf arasında iqtisadi, siyasi, mədəni əlaqələrdən və eyni zamanda regional beynəlxalq məsələlər çərçivəsində mövcud olan imkanlardan daha da geniş istifadə edə bilərik və əlaqələrimizin miqyası bundan da artıq ola bilər.

Mən çox şadam ki, ikitərəfli münasibətlərimizdə belə bir ruh mövcuddur. Zati- aliləri, ümidvaram ki, Sizin rəhbərliyiniz və cənab Xatəminin rəhbərliyi altında məsələlər tezliklə öz həllini tapacaq və ikitərəfli münasibətlərimizdə daha böyük işlər görə biləcəyik.

HEYDƏR ƏLİYEV: Sağ olun.

X X X

Qəbulda xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, vitse-prezidenti Xoşbəxt Yusifzadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanin Tehrandakı səfiri Abbasəli Həsənov və İranın Bakıdakı səfiri Əhəd Qəzayi iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib