Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PAKİSTAN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 16-da Prezident sarayında Pakistan İslam Respublikasının müdafiə katibi Həmid Nəvaz Xanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Qonaqları səmimiyyətlə salamlayan, bu səfəri, Bakıda aparılan danışıqları Pakistan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli hesab edən dövlətimizin başçısı Heydər Əlivev dedi ki, Pakistan ilə Azərbaycan arasında səmimi dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətləri var. Biz bu əlaqələri yüksək qiymətləndiririk və inkişaf etdirməyə çalışırıq. Ölkələrimiz, xalqlarımız arasındakı dostluq xüsusi xarakter daşıyır.

Prezident Heydər Əliyev Pakistana rəsmi səfərini, dost ölkənin keçmiş prezidentinin Azərbaycanı ziyarətini, keçirilmiş səmimi görüşləri xatirladı, belə görüşləri davam etdirməyin zəruriliyini vurğuladı.

Ölkəmizdə onlara göstərilən qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirən cənab Həmid Nəvaz Xan Pakistan Prezidenti Pərviz Müşərrəfin Azərbaycanın rəhbərinə və xalqına salamlarını çatdıraraq dedi ki, Pakistan rəhbəri Prezident Heydər Əliyevi rəsmi səfərə dəvət edir.

Nümayəndə heyətinin başçısı Pakistandakı vəziyyətdən, Əfqanıstanla sərhəd boyunca baş verən hadisələrdən, antiterror koalisiyasında ölkəsinin iştirakından danışdı.

Pakistanın ölkədə yaşayan 3 milyon Əfqanıstan qaçqınının qayğısına qaldığını, BMT-nin Əfqanıstandakı quruculuq proqramlarını Pakistan vasitəsilə həyata keçirdiyini vurğulayan, habelə Hindistanla münasibətlərə toxunan cənab Həmid Nəvaz Xan onu da açıqladı ki, aprelin 30-da ölkəsində prezident seçkiləri, oktyabrda isə ümumi seçki keçiriləcəkdir. O, Azərbaycanın və Pakistanın eyni problemlərlə üzləşdiyini xatırladaraq dedi ki, biz Dağlıq Qarabağ məsələsində Azərbaycanla həmrəyik, indiyədək sizi dəstəkləmişik və bundan sonra da azərbaycanlı qardaşlarımızla birlikdə olacağıq.

Kəşmir məsələsində Azərbaycanın Pakistanı dəstəkləməsindən məmnun qaldığını vurğulayan qonaq bildirdi ki, biz səylərimizi daha da gücləndirməli və dünya ictimaiyyətinə daha çox təsir edərək, problemlərimizin sülh yolu ilə həll olunmasına çalışmalıyıq.

Müdafiə və iqtisadi sahələrdə əməkdaşlığın vacibliyini və bunun üçün geniş imkanlar olduğunu, Azərbaycanla müdafiə sahəsində rəsmi surətdə əlaqələr qurmaq və tərəfdaş olmaq istəyini bildirən cənab Həmid Nəvaz Xan dedi ki, biz Zati-alinizin razılığı ilə işə başlayacağıq.

Səmimi salamlarını, hörmət və ehtiramını, ən xoş arzularını Prezident Pərviz Müşərrəfə çatdırmağı xahiş edən, Pakistan rəhbəri ilə ilk dəfə Tehranda görüşdüyünü və söhbət etdiyini xatırladan dövlətimizin başçısı Heydər Əliyev bölgədəki vəziyyət haqqında verdiyi geniş məlumata görə qonağa təşəkkür etdi, 11 sentyabr hadisələrindən dərhal sonra Pakistanın beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşulmasını və bu işdə fəal iştirakını yüksək qiymətləndirdi.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində beynəlxalq təşkilatlarda həmişə respublikamızı müdafiə etdiyini, Kəşmir problemi ilə bağlı Azərbaycanın Pakistanı daim dəstəklədiyini, eyni zamanda bu məsələnin sülh yollu ilə həllini arzuladığını bildirən Prezident Heydər Əliyev ölkələrimiz arasındakı iqtisadi, mədəni, humanitar əlaqələrdən də danışdı, bunun genişlənməsinin və inkişaf etməsinin vacibliyini söylədi.

Prezident Heydər Əliyev Pakistana səfərə dəvətə görə təşəkkür etdi, Prezident Pərviz Müşərrəfi də Azərbaycanda görmək arzusunu bildirdi və qarşıdakı seçkilərdə ona uğurlar arzuladı.

Ölkəmizin rəhbəri müdafiə sahəsində və hərbi sahədə əməkdaşlıq məsələlərinə toxunaraq dedi ki, bunlar Azərbaycanın müdafiə naziri Pakistanda olarkən və sizin indiki səfəriniz zamanı ətraflı müzakirə olunubdur. İstəyirəm ki, səmərəli əməkdaşlıq olsun. Ölkələrimizin, tarixi köklərimizin, insanlarımızın bir-birinə çox bənzər olması, müştərək ənənələrimiz əməkdaşlığımız üçün böyük imkanlar açır və biz bunlardan istifadə etməliyik.

Cənab Həmid Nəvaz Xan hər iki ölkənin hava yolları şirkətlərinin qarşılıqlı fəaliyyət göstərəcəyi, ölkəsinin milli bankının Bakıda şöbə açacağı barədə məlumat verərək dedi ki, cənab Prezident, Sizin himayəniz altında əlaqələrimiz daha da inkişaf edəcəkdir.

Həmid Nəvaz Xan Azərbaycan Prezidenti Heydər Əliyevə görüşdən xatirə olaraq hədiyyələr təqdim etdi.

Qəbulda Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Pakistanın Bakıdakı səfiri Faiz Məhəmməd Xoso iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq