Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ “JURNALİSTLƏRİN DOSTU” MÜKAFATI VERİLMİŞDİR

Martın 22-də “Həyat reycensi-Naxçıvan” otelində Azərbaycan Prezidenti Heydər Əliyevə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatının təqdim olunmasına həsr edilmiş mərasim keçirilmişdir. 

Mərasim iştirakçıları Azərbaycan Prezidentini hərarətli alqışlarla qarşıladılar.

Prezident Heydər Əliyev mərasimdə iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələri ilə, o cümlədən qəzetlərin baş redaktorları ilə görüşdü, onlarla səmimi söhbət etdi.

Sonra mükafatın təqdim olunması mərasimi başlandı.

Bildirildi ki, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatı beşinci ildir təqdim olunur. Qalibi təyin etmək üçün 62 respondent - kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının rəhbərləri və ekspertlər arasında sorğu keçirilmişdir. Yekun protokola əsasən, nominantların ümumi sayı 63, ən aşağı bal 1, orta bal 18, ən yüksək bal isə 37 olmuşdur. Sorğuda 29 qəzet, 16 ekspert, 7 informasiya agentliyi, 6 jurnalist təşkilatı, 3 teleradio şirkəti və 1 jurnal iştirak etmişdir.

“Jurnalistlərin dostu” nominasiyası üzrə sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti HEYDƏR ƏLİRZA oğlu ƏLİYEV qalib elan edilmişdir. Sorğunun nəticələri “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin idarə heyəti iclasının protokolu ilə təsdiq olunmuşdur.

“Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri Əflatun Amaşov mərasimdə çıxış etdi.

“RUH” AZƏRBAYCAN JURNALİSTLƏRİ MÜDAFİƏ

KOMİTƏSİNİN SƏDRİ ƏFLATUN AMAŞOVUN

ÇIXIŞI

-Hörmətli cənab Prezident!

Möhtərəm qonaqlar!

Əziz həmkarlarım!

Bu gün təqdimatına toplaşdığımız bu mükafatı Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 5 il əvvəl təsis edibdir.

Bundan məqsəd ölkədə söz və mətbuat azadlığını dəstəkləmək, azad və müstəqil mətbuatın möhkəmlənməsinə yardımçı olmaq, medianın 4-cü hakimiyyət kimi formalaşmasında dövlət məmurlarının və siyasi xadimlərin dəstəyini qazanmaq, bir sözlə, Azərbaycanda demokratik proseslərin inkişafına təkan verməkdən ibarətdir. Qaliblər hər ilin sonunda media rəhbərləri və ekspertlər arasında keçirilən ənənəvi sorğu nəticəsində müəyyənləşdirilir, söz və mətbuat azadlığına daha çox töhfə verən şəxsə “Jurnalistlərin dostu” adı verilir və gördüyünüz bu mükafat ona təqdim edilir.

2001-ci ildə Azərbaycan jurnalistikası çox ziddiyyətli və mürəkkəb bir dövr keçmişdir. Bu müddətdə baş verən qanun pozuntuları digər illərə nisbətən heç də az olmamışdır. Jurnalistlərdən bəziləri xidməti vəzifələrini yerinə yetirərkən döyülmüş, təhqir olunmuş, cərimələnmiş, hətta həbs olunmuşlar. İl ərzində 4 mətbu orqan bağlanmışdır.

Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan mətbuatının inkişafında çox mühüm hadisələr baş vermişdir. “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna edilən əlavələr və dəyişikliklər nəticəsində kütləvi informasiya vasitələrinin hüquqi bazası tamamilə yeniləşmiş, demokratik prinsiplərə tam cavab verən qanun qəbul olunmuşdur.

Ümidvarlıqla deyə bilərəm ki, müstəqilliyini Azərbaycanla eyni vaxtda qazanmış digər MDB ölkələrinin heç birində belə demokratik və mütərəqqi qanun yoxdur. Hazırda “Televiziya və radionun fəaliyyəti haqqında” qanun layihəsi üzrə iş gedir. İşçi qrupunun üzvü kimi, bildirirəm ki, yaxın günlərdə müasir tələblərə tam cavab verə bilən yeni bir qanuna malik olacağıq.

Kütləvi informasiya vasitələrinin iqtisadi bazasının möhkəmləndirilməsi istiqamətində də əməli addımlar atılmışdır. KİV-lərdən tutulan mənfəət vergilərinin 3 il müddətində dövlətin hesabına ödənilməsi ilə bağlı qərar qəbul edilibdir. Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdur. Əminəm ki, bu borcların “donu açılmayacaqdır”. Azərbaycana gətirilən qəzet kağızı üzərindən əlavə dəyər vergisi götürülmüşdür. Hazırda gündəmdə kütləvi informasiya vasitələrinə kreditlərin verilməsi ilə bağlı məsələ durur. Ümidvarlıqla bildirirəm ki, bu məsələ də özünün müsbət həllini tapacaq, media vasitələrinə güzəştli, uzunmüddətli kreditlər veriləcəkdir.

Hörmətli cənab Prezident!

Ziddiyyətlərlə dolu olan 2001-ci ilin nəticələrinə görə, Siz “Jurnalistlərin dostu” adına layiq görülmüsünüz. Biz bu münasibətlə Sizi təbrik edirik. İnanırıq ki, bu mükafat layiq görüldüyünüz digər mükafatların sırasında önəmli yer tutacaq və Siz həmişə jurnalistlərin dostu olaraq qalacaqsınız.

X X X

 

“Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını və diplomunu Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etdi.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Hörmətli jurnalistlər, xanımlar və cənablar!

Bu mənim üçün qeyri-adi bir hadisədir. İlk dəfə olaraq, mən jurnalistlərin, nəhayət, xoşuna gəlmişəm və onlar məni mükafatlandırıblar. Mənə 2001-ci ildə Azərbaycanda “Jurnalistlərin dostu” mükafatı verdiklərinə görə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinə, onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam.

Burada bildirildi ki, bu mükafat beş il bundan öncə təsis olunubdur. İndiyə qədər bəzi adamlar mükafatlandırılıb, indi də növbə mənə gəlib çatıbdır. Ancaq onu demək istəyirəm ki, mənim üçün, yəni Azərbaycan Prezidenti üçün bu mükafatı almaq başqalarına nisbətən heç də asan deyildi, qat-qat çətin idi. Çünki müxtəlif peşə sahibləri, jurnalistlərlə təmasda olanlar, jurnalistlərlə əməkdaşlıq edənlər, onlara yardım edənlər təbiidir ki, çoxdur və görünür, onların içərisində ən görkəmlisini hər il seçib mükafatlandırırlar.

Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur, bütün başqa vəzifələri ilə bərabər, əsas məqsədi tənqid etmək, nöqsanları aşkar etmək, onların aradan qaldırılması üçün çalışmaqdır. Jurnalistika cəmiyyətdə həmişə bu işləri görüb, bu gün də görür və çox uğurla görür. Belə halda iqtidarı tənqid edənlər daha çox müxalifət düşərgəsindədirlər. Ona görə müxalifət düşərgəsində bu cür mükafat almaq da, hesab edirəm ki, o qədər çətin bir şey deyildir. Amma Azərbaycan Prezidentinin belə bir mükafata layiq görülməsi, yenə də deyirəm, qeyri-adi haldır, asan deyildir. Görünür ki, mənim bu barədə təkcə 2001-ci ildə yox, əvvəlki illərdə də qoyduğum səylər, nəhayət, jurnalistlər tərəfindən tanınıb, qiymətləndirilib və mənə bu mükafatı vermək haqqında qərar qəbul olunubdur.

Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Bizim dostumuz Əflatun Amaşov burada dedi ki, layiq görüldüyünüz bütün başqa mükafatlarla yanaşı, bu mükafat da öz yerini tutacaqdır. Təbiidir, mən çox mükafatlara layiq görülmüşəm. Ancaq bu mükafatın xüsusi yeri var. Çünki aldığım mükafatların əksəriyyəti dövlətlər tərəfindən verilən mükafatlardır, dövlət mükafatlarıdır. Düzdür, başqaları da var. Amma bu, jurnalistlər tərəfindən verilən mükafatdır.

Ümumiyyətlə, jurnalistlər inciməsinlər, onlar elə məxluqdurlar ki, heç vaxt heç nədən razı deyillər. Həmişə çalışırlar, yaxşı yerdə bir nöqsan tapıb, çıxarıb araya qoysunlar. Mən bunu pis mənada demirəm. Çox gözəl. Ancaq yenə də deyirəm, jurnalistlər çox tələbkardırlar. Həddindən artıq, xüsusən iqtidar nümayəndələrindən çox tələblər edirlər. Yenə də deyirəm, bizim işlərimizdə nöqsanlar da var, qüsurlar da var. Bunlara baxmayaraq, onlar, nəhayət, qeyrətə gəliblər, mənə mükafat veriblər. Çox sağ olsunlar.

Mənə məlumat verəndə ki, jurnalistlər məni 2001-ci ildə “Jurnalistlərin dostu” kimi qiymətləndiriblər, buna inanmadım. Sonra araşdırmağa başladım ki, bu dost nə deməkdir. Dedilər ki, Siz indi dostsunuz. Dedim, Allaha şükürlər olsun ki, nəhayət dost olduq. Ancaq jurnalistlər də bilirlər ki, - burada artıq deyildi -, Azərbaycanda mətbuat azadlığı, mətbuat son illər nə qədər çox inkişaf edibdir.

Mən təxminən 5-6 il bundan əvvəlki dövrü xatırlayıram. Senzura var idi. Elə bizim dövrümüzdə. İndi mən dost olmuşam, mənim dövrümdə. Amma senzura məndən qabaq da var idi. Senzura var idi, qəzetləri yoxlayırdılar. Hansı məqalə senzorun xoşuna gəlmirdisə, onu çıxardırdı. Qəzetlər də sonra mübarizəyə başladılar, etiraz əlaməti olaraq səhifələri ağ-ağ buraxdılar. Bunlar hamısı bizim xatirimizdədir. Ancaq biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, çox azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır.

Azərbaycanın böyük tarixi var. Bu böyük tarixə nəzər salsaq, görərik ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır, fikir bu qədər azad olmayıbdır, mətbuat bu qədər azad olmayıbdır.

Burada qeyd olundu ki, keçən ildə bəzi qəzetlər bağlanıb, bəzi jurnalistlər təqib olunub, jurnalistlərə qarşı başqa qanunsuz hərəkətlər edilibdir. Ola bilər bu, belədir. Ancaq biz çalışdıq bunlara son qoyaq. Ona görə də xatirinizdədir ki, mən jurnalistləri dəvət etdim, onlarla çox mehriban söhbət etdik. Ondan sonra da qanuna dəyişikliklər etdik, mən Fərman verdim və nə mümkündürsə etdik ki, azad mətbuat yaşaya bilsin, inkişaf edə bilsin və Azərbaycanda mətbuat həmişə azad olsun. Baxmayaraq ki, bu azad mətbuatın səhifələrində iqtidara qarşı böhtanlar da var, yalanlar da var, hətta bəzən bir təhqir halları ilə də rastlaşırıq - bunlar var.

Bizim iqtidar nümayəndələri bəzən çox narahat olurlar. Loru dildə desək, qızışırlar ki, məni ləkələdilər, şərəf və ləyaqətimi ləkələdilər və sair. Buna görə də belə insanlar bir vaxt imkanlardan istifadə edirdilər, məhkəməyə müraciət edirdilər, məhkəmələr qərar çıxarırdı. Təbii ki, qərarlar ədalətli idi. Bu da mətbuata çox zərər verirdi.

Biz bunların da qarşısını aldıq. İndi görürsünüz, heç kəs mətbuatı məhkəməyə vermir. Biz iqtidar nümayəndələrinə dedik ki, sən bunu məhkəməyə verəcəksən, sabah o biri yazacaqdır. Onu verəcəksən, o birisi yazacaqdır. Yaxşı olar, məhkəmə ilə məşğul olmasınlar. İndi məhkəmələr yoxdur, cərimə də yoxdur. Burada məndən xahiş edirlər ki, borclar dondurulub, amma tamamilə dondurulsun. Onun üçün gərək biz xüsusi bir kimyəvi vasitə tapaq ki, o “don əriməsin”. Gərək biz düşünək, nə təhər edək. Hələ ki, dondurulubdur. Amma təbiidir ki, bu, Sizdən asılıdır. Siz özünüzü yaxşı aparsanız, borclar daha da çox dondurulacaqdır. Amma o yan, bu yan olsa, bir də gördünüz ki, əriməyə başlayıbdır. Mən istəməzdim ərisin. Mən də tərəfdaram ki, axıra qədər dondurulmuş kimi qalsınlar.

Biz mətbuat üçün bütün yardımları etmişik və lazım olsa, bundan sonra da edəcəyik. Mən indi buraya gələndə Gündüz Tahirli bir məktub verdi ki, qəzetlərə, mətbuata kreditlər üçün kömək etmək lazımdır. Bilmirəm, indi kreditləri hər adam ala bilər. Yəqin ki, hansısa bir güzəştli kredit almaq istəyirlər, ona görə mənə müraciət edirlər. Ona da baxacağam, indi imkan dairəsində o xahişin də yerinə yetirilməsinə çalışacağam.

Ancaq gəlin, həqiqi dost olaq. Mən sizinlə, jurnalistlərlə dost olmaq istəyirəm. Amma dostluq ikitərəfli şeydir. Gərək, iki tərəf də dost olmaq istəsin. İndi belə bir hadisə baş verib, iş belə gətirib ki, biz, iki tərəf də dost olmaq istəmişik. Amma gəlin danışaq ki, bu, daha pozulmasın, biz dost olaq, axıra qədər dost olaq. Mən dost olmaq istəyirəm.

Xatirimdədir, mən jurnalistlərlə görüşəndə dedim ki, çağırın, kim istəyir gəlsin. Siyahıda müxalifət qəzetlərinin jurnalistləri var idi. Bəziləri gəlmişdilər, amma bəziləri gəlməmişdilər. Mən düşünürəm, niyə, nə üçün? Ola bilər, sənin məndən xoşun gəlmir. Bəlkə mənim səndən dünəndən xoşum gəlmir. Ancaq bir halda ki, danışmağa, görüşməyə, fikir mübadiləsi aparmağa, açıq söz deməyə imkan var, bu imkandan nə üçün istifadə etməyək? Məhz həmin görüşdə belə bir imkan var idi. Oraya dəvət olunmuş hər bir adam, fərqi yoxdur, hansı partiyaya mənsubdur, hansı siyasi baxışlara mənsubdur, iqtidara müxalifdir, yaxud lap kəskin müxalifətdədir, yaxud da qatı müxalifətdədir - bizdə belələri var - bunun nə əhəmiyyəti var, gəlin, oturaq, danışaq, söhbət edək. Sən də öz fikrini de, mən də öz fikrimi deyim.

Biz bir xalqıq, bir xalqın övladlarıyıq. Bir millətik, bir millətin insanlarıyıq və bu cəmiyyətdə bir yerdə yaşayırıq. Heç bir yerə də getməyəcəyik, mən buradan çıxıb bir yerə getməyəcəyəm, sən də getməyəcəksən, niyə də gedək! Biz bir yerdə, bir vətəndə, bir torpaqda, bir cəmiyyətdəyik. Bir cəmiyyətdə olduğumuz halda gərək, biz danışaq, fikir mübadiləsi aparaq, bir-birimizi anlamağa çalışaq.

Bəzən jurnalist haradasa hansısa faktı eşidir, oturub yazır və bir az da ona öz fikirlərini əlavə edir. Amma bu faktı araşdıranda, müəyyən adamlarla görüşəndə aydın olur ki, məsələ belə deyil, başqa cürdür. Ona görə də mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm.

Mən bir dəfə söylədim ki, keçmişdə, Sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur.

Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır, asan sənət deyildir. Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir. Elmlə məşğul olur, ya istehsalatda işləyir, yaxud ticarətdə işləyir, yaxud da biznesdə işləyir, fərqi yoxdur. Amma jurnalistin iş yeri yoxdur. Qəzetin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fəaliyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərək, daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatları ala bilsin və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də gərək biz jurnalistlərə kömək edək.

Belə bir vəziyyətdə olan jurnalistlər bəzən ədalətsizliklə rastlaşırlar, bəzən kobudluqla rastlaşırlar, başqa hallarla, xoşagəlməyən hallarla rastlaşırlar. Bu heysiyyatlarına toxunduğuna görə onları incidir və etiraz əlaməti olaraq müxtəlif məqalələr yazırlar və səhvlər də buraxırlar. Ona görə əgər jurnalistlər cəmiyyətlə daha yaxın olsalar, cəmiyyətdə də jurnalistləri sevsələr, onlara hörmət etsələr, onların işlərinin, fəaliyyətlərinin həyata keçirilməsinə yardım etsələr, bunda cəmiyyət də udacaqdır, jurnalistlər də.

Biz həmişə arzu edirik ki, jurnalistlər obyektiv olsunlar. Mən düşünmürəm ki, jurnalistlər qəsdən qeyri-obyektivliyə yol verirlər. Ancaq onların sənəti belədir, gərək elə bir şey yazsınlar ki, oxucular üçün maraqlı olsun. Kəskin, sensasiyalı yazılar olmasa, oxucular üçün maraqlı olmur, qəzetlər alınmır və sairə və sairə. Siz bunları məndən yaxşı bilirsiniz. Mən bu barədə fikrimi genişləndirmək istəmirəm. Biz bunları nəzərə almalıyıq. Amma jurnalistlər də hücum obyektləri ki var, yaxud kəskin tənqid edirlər, gərək onların vəziyyətini nəzərə alsınlar. Əgər hər iki tərəf bir-birini nəzərə ala bilsə, hesab edirəm ki, bizim cəmiyyətdə jurnalistlərlə bütün insanların dostluğu təmin olunacaqdır.

Hər halda, mən sizi bir daha əmin etmək istəyirəm ki, bugünkü mükafatı yüksək qiymətləndirirəm və çalışacağam ki, həmişə jurnalistlərin dostu olam. Bundan sonra da jurnalistlərə əlimdən gələn yardımı edəcəyəm. Jurnalistlərə də öz arzularımı, öz istəklərimi bildirdim. Mən bir daha sizə təşəkkür edirəm. Bütün Azərbaycan jurnalistlərinə cansağlığı, işlərində yeni-yeni uğurlar arzu edirəm. Sağ olun.

(Dövlətimizin başçısı Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, surəkli alqışlarla qarşılandı).

X X X

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, nazirlər, Prezidentin İcra Aparatının şöbə müdirləri, parlamentin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib