Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədrini qəbul etmişdir
Bakı, 3 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Münxen Təhlükəsizlik Konfransının sədri Volfanq İşingeri qəbul etmişdir.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.