Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Xanım Prezident, təşəkkür edirəm!

Hörmətli xanımlar və cənablar!

Mən Finlandiyada rəsmi səfərdə olmağımdan çox məmnunam. Bu mənim sizin ölkənizə ilk rəsmi səfərimdir. Bu dəvətə, eləcə də mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən qonaqpərvərliyə görə xanım Prezidentə öz təşəkkürümü bildirirəm. Ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir, ikitərəfli əlaqələrimiz güclüdür və mən əminəm ki, bu səfərdən sonra daha da güclənəcəkdir. Biz fəal siyasi dialoqumuzu da davam etdirəcəyik. Eyni zamanda, ölkələrimizin iqtisadi potensialını nəzərə alaraq, iqtisadi əməkdaşlığımızı genişləndirmək məqsədi ilə imkanlar da axtaracağıq. Çünki indiki vəziyyət o qədər də qənaətbəxş deyildir. Lakin bu gün müzakirələr zamanı biz ortaq bir fikir söylədik ki, işgüzar dairələrimiz arasında daha sıx əlaqələrə və məlumatlılığa ehtiyacımız var. Əməkdaşlığı, iqtisadi inteqrasiyanı daha da genişləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etdik.

İndi Azərbaycanda böyük imkanlar var, ölkə inkişaf edir, iqtisadiyyatın yeni sektorları daha da güclənir. Bizim böyük sərmayə planlarımız var və mən bu gün Finlandiya şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət etdim. Güclü siyasi münasibətlər, şübhəsiz ki, güclü iqtisadi əməkdaşlığı müəyyən edəcəkdir.

Xanım Prezidentin qeyd etdiyi kimi, biz bu gün iqtisadi, ticari və enerji tərəfdaşlığını və ətraf mühitin qorunması məsələlərini müzakirə etdik. Müzakirələr geniş sahələri əhatə etdi. Eyni zamanda, Cənubi Qafqazdakı vəziyyət, həll edilməmiş münaqişələr və xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun həlli - bütün bunlar bu gün apardığımız danışıqların mövzusu olubdur. Mən bir daha Azərbaycanın mövqeyini bəyan edərək bildirmək istəyirəm ki, Cənubi Qafqazda və digər ərazilərdəki münaqişələr yalnız beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, səfərimin başlamasından çox razıyam. Biz müxtəlif məsələlərlə bağlı açıq və çox səmimi danışıqlar apardıq. Mən xanım Prezidentin üç il bundan öncə Azərbaycana etdiyi səfərini xatırlayıram. Məhz o vaxt bizim tərəfdaşlığımız başladı və mən çox şadam ki, bütün məsələləri müzakirə etməyimizə imkan verən açıq, dostcasına və səmimi münasibətlərimiz var. Bu gün bu dialoqu davam etdirmək üçün gözəl bir imkandır və mən əminəm ki, səfərin nəticələri çox uğurlu olacaqdır.

Təşəkkür edirəm.

 

X X X

 

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

-Hazırda Finlandiya ATƏT-də sədrlik edir. Bu müddətdə Finlandiya Qarabağ münaqişəsinin həllinə hansı töhfələri verə bilər?

TARYA HALONEN: Şübhəsiz ki, bu, məhz tərəflərin özünün, Azərbaycanın və Ermənistanın məqsədidir. Aldığım məlumata görə, bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentləri görüşəcəklər. Ümid edirəm ki, onlar yeni dövr üçün əlverişli şəraitin yaranmasına çalışacaqlar. Təbiidir, biz deyə bilmərik ki, bütün məsələlər tez bir zamanda öz həllini tapacaqdır. Lakin ümid edirik ki, prezidentlərin görüşü yeni ab-hava yaradacaq və danışıqlar səmimi olacaqdır.

Finlandiyanın ATƏT-də sədrliyinə gəlincə, onu deyə bilərəm ki, belə məsələlərin həllində bizim böyük təcrübəmiz var. Şübhəsiz ki, biz həm ATƏT-in, həm də həmsədrlər qrupunun bu sahədəki fəaliyyətini dəstəkləyirik. Beləliklə, deyə bilərik ki, biz bu prosesləri və addımları dəstəkləyirik və ümid edirik, qrupun bu istiqamətdəki fəaliyyətinə hörmətlə yanaşılacaq və əməkdaşlığa nail olunacaqdır. Burada iki məsələ var. Ümid edirik ki, hər iki ölkə - Azərbaycan və Ermənistan danışıqlar zamanı yaxşı yeni başlanğıc əldə edəcək və ATƏT-in bu məsələdə yardımçı səylərinə ədalətli şəkildə dəstək verəcəklər.

-Cənab Prezident, bu yaxınlarda münaqişə zonasında bəzi toqquşmalar baş vermişdir. Nə üçün oradakı vəziyyət bu qədər gərgindir, Azərbaycan və Ermənistan arasında açıq hərbi əməliyyatların başlanması ehtimalı varmı?

İLHAM ƏLİYEV: Bu münaqişə artıq iyirmi ilə yaxındır davam edir. 1994-cü ildən bəri biz atəşkəs rejimindəyik, lakin hələ ki, sülhə nail olunmayıbdır. Bəzi ərazilərdə təmas xətti çox yaxındır və şübhəsiz ki, baş verən bu toqquşmalar narahatlıq doğurur. Lakin bəzən bu toqquşmaların qarşısını almaq çox çətindir, çünki münaqişə hələ də həll olunmamış qalır. Təbii ki, biz bu toqquşmaların baş verməsindən təəssüf edirik. Bunlar insan itkisinə və tələfatlara səbəb olur. Bununla belə, bu, reallıqdır. Reallıq budur ki, münaqişə hələ də həll edilməyibdir. Bəziləri güman edə bilər ki, münaqişə dondurulub, lakin bu, belə deyildir. Bu münaqişə özündə təhlükə daşıyır və regionda potensial qeyri-sabitliyinin əsas amilidir. Təbii ki, əgər münaqişənin sülh yolu ilə həlli tapılarsa, Azərbaycanın bütün əraziləri azad edilərsə və qaçqın-köçkünlərin öz doğma torpaqlarına qayıtmaq imkanı olarsa, onda regionda sülh bərqərar olar. Bu mərhələdə hər iki tərəf vəziyyəti nəzarətdə saxlamalıdır ki, toqquşmalar genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsin. Lakin regionda vəziyyətin təhlükəli inkişafı istisna olunmur. Çünki danışıqlar heç bir nəticə vermədən 14 il davam edirsə, əgər Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirmirsə, BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələrinə uyğun davranmırsa, Azərbaycan torpaqlarını qanunsuz olaraq işğal altında saxlamağa davam edirsə, istənilən hal baş verə bilər. Bununla belə, Azərbaycan sülh prosesinə sadiqdir. Bizim uzun illər danışıqlar prosesində iştirakımız bu münaqişənin yeganə həlli yolunun sülh danışıqları olduğunu hesab etdiyimizə dəlalət edən bir işarədir.

-Sualım hər iki Prezidentədir. İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri və qarşılıqlı sərmayələrin qoyulması baxımından ölkələrimiz hansı sahələrdə əməkdaşlıq edə bilər?

TARYA HALONEN: Cavab çox nikbin olacaqdır. Çünki hesab edirəm, Finlandiyada buna bənzər təcrübəmiz var və Azərbaycan üçün çox faydalı ola bilər. Azərbaycanın enerji daşıyıcılarının hasilatı və nəqli üçün böyük ehtiyatları var. Bizim isə enerji ehtiyatlarımız olmasa da, bu sahədə böyük iş təcrübəmiz var. Düşünürəm ki, artıq energetika sektorunda bizim ilk belə əyani təcrübəmiz var və biz bu sahədə çox irəliləmişik, müasir texnologiyalara sahibik və bu istiqamətdə var gücümüzlə çalışırıq. Ümid edirəm ki, enerji sektoru gələcəkdə daha geniş əhatə olunacaqdır.

Burada bir sıra digər məsələlər də vardır. Məsələn, biz bilirik ki, enerji sektoru ilə bağlı əsas məsələlərdən biri də ekologiyadır. Biz bu sahədə təcrübəmizi və məlumatları bölüşməyə hazırıq. Mən, eyni zamanda, Baltik dənizi əməkdaşlığı haqqında məlumat vermişəm. Hesab edirəm ki, ekologiya sahəsində fəaliyyət göstərən bəzi şirkətlərimiz ölkənizin bu sahəyə cavabdeh olan qurumları ilə əməkdaşlıq edə bilər. Bizim bəzi sazişlərimiz mövcuddur, lakin bir sıra digər ikitərəfli müqavilələrə ehtiyacımız var. Biz bu sazişlərə müsbət yanaşırıq və bu istiqamətdə işlərimizi davam etdiririk. Düşünürəm ki, bizim xarici ticarət və inkişaf naziri cənab Vyayryunen Azərbaycana səfər etməyə ciddi hazırlaşır və ümid edirəm ki, biz dövlət səviyyəsində də tezliklə irəliyə doğru müəyyən addımlar atacağıq. Bazar iqtisadiyyatı bazar iqtisadiyyatıdır və biz həmçinin hər iki tərəfin geniş əməkdaşlığa can atan şirkətlərinin maraqlarına da güvənirik.

İLHAM ƏLİYEV: Biz bu məsələni geniş müzakirə etdik və qarşılıqlı sərmayə qoyuluşlarını təqdir etdiyimizə dair ortaq fikir irəli sürdük. Azərbaycanın indiki inkişaf mərhələsində biz öz maliyyə imkanlarımızla artıq qonşu ölkələrdə müxtəlif infrastruktur layihələrində iştirak edirik. Son ilyarım ərzində Azərbaycanın ölkədən kənarda qoyduğu sərmayələrin ümumi məbləği, ən azı, 2,5 milyard dollar olubdur. Beləliklə, biz müxtəlif yerlərdə sərmayə qoyuluşu imkanlarını ciddi şəkildə araşdırırıq. Eyni zamanda, Azərbaycanda da sərmayə qoyuluşu üçün yaxşı mühit var. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcmi baxımından regionda lider ölkədir. Bütün sərmayələr müvafiq qaydada qanunla qorunur. İndiyədək Azərbaycanda hökumət və iri sərmayədarlar arasında heç bir mübahisə baş verməmişdir.

Eyni zamanda, mən xanım Prezidenti ölkəmizdə bu il 6 milyard dollardan artıq olacaq dövlət sərmayə proqramı haqqında məlumatlandırdım. Bu layihələr həyatımızın bütün sahələrini əhatə edəcək və mən Finlandiya şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət etdim. Ona görə ki, Finlandiya şirkətlərinin böyük nüfuzu, peşəkar səviyyələri və fəaliyyəti var. Artıq bizim Finlandiya şirkətləri ilə yaxşı iş təcrübəmiz var, xüsusilə də ölkəmizdə elektrik stansiyalarının tikintisində. Şübhəsiz ki, iqtisadi əməkdaşlıq daha da geniş ola bilər və bu gün nümayəndə heyətlərimizin üzvləri nəyin edilə biləcəyi haqqında fikir mübadiləsi aparmaq imkanı əldə etdilər.

Hesab edirəm ki, bu sıx təmasları biz gələcəkdə də davam etdirməliyik. Bizim aramızdakı təmaslar və danışıqlar, sadəcə, prezidentlər və xarici işlər nazirləri arasındakı görüşlərlə məhdudlaşmamalıdır. Bu, daha geniş bir əməkdaşlıq olmalıdır və ola bilsin ki, biz tərəfdaşlığın praktik sahələrini müzakirə etmək üçün nazirlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi haqqında düşünək. Əminəm ki, biz bu istiqamətdə ciddi irəliləyişə nail ola bilərik.

-Cənab Prezident, ölkənizdə oktyabr ayında prezident seçkiləri keçiriləcəkdir. Ötən illərdə seçkilərin ədalətli keçirilmədiyi haqda bəzi ittihamlar səslənibdir. Qarşıdakı seçkilərdə bu məsələlər öz həllini necə tapacaqdır?

İLHAM ƏLİYEV: Bizim bölgə barədə belə ittihamlar vaxtaşırı səslənir. Lakin Azərbaycanda keçirilən son seçkilərin nəticələri xalqın iradəsini və real vəziyyəti yüz faiz özündə əks etdiribdir. Bu, həm 2003-cü ildəki prezident seçkilərində, həm də 2005-ci ildə parlament seçkilərində belə olubdur. Əgər xatırlayırsınızsa, 2005-ci ildə bizim bölgədəki parlament seçkilərinə maraq çox böyük idi, xüsusilə də qonşu ölkələrdə inqilabi ssenarilərin həyata keçirilməsindən sonra. Bəziləri elə düşünürdü ki, bu inqilabi ssenarilər hər yerdə baş tutacaqdır. Lakin, bu Azərbaycanda baş vermədi. Əsasən də ona görə ki, istər daxili, istərsə də xarici olmasından asılı olmayaraq, xalq həmin qüvvələri dəstəkləmədi. 2005-ci ildə beynəlxalq təşkilatlar tərəfindən keçirilən exit-poll aydın şəkildə göstərdi ki, açıqlanan rəsmi nəticələr exit-pollun nəticələri ilə, demək olar, tam üst-üstə düşdü və bu da seçkilərin tamamilə azad və ədalətli keçirilməsinin ən yaxşı sübutudur. Pozuntu hallarının baş verdiyi seçki dairələrində səsvermənin nəticələri ləğv edildi. Orada seçkilər yenidən təşkil edildi və bu da normal hal kimi qəbul olunubdur.

Beləliklə, biz qarşıdan gələn prezident seçkilərində heç bir problem və ya heç bir çətinliklər görmürük. Seçkilər azad və ədalətli keçiriləcəkdir. Biz beynəlxalq təşkilatları müşahidəçi qismində ölkəmizə dəvət edəcəyik. Əvvəlki təcrübəmizi nəzərə alaraq, gələcək müşahidəçilərdən yeganə xahişimiz odur ki, yalnız gördüklərini əks etdirsinlər. Ədalətli və qərəzsiz olsunlar və Cənubi Qafqazdakı müstəqil ölkələrə eyni bucaqdan yanaşmağa çalışsınlar. Çünki bəzən belə olmur. Xüsusilə yaxın keçmişdə Ermənistanda kütləvi saxtakarlıq, ordunun müdaxiləsi və 28 nəfərin qətlə yetirilməsi ilə müşayiət olunmuş, qeyri-azad və ədalətsiz keçirildiyi hesab edilən seçkilərə Qərbdə nə üçün göz yumulduğunun səbəbini biz bilmirik. Buna səbəb Ermənistanı bütün tənqidlərdən qoruyan güclü erməni diasporu ola bilər. Digər səbəblər də ola bilər. Lakin biz Cənubi Qafqazda, qonşu ölkələrdə nə baş verdiyini bilirik. Azərbaycana qarşı, xüsusilə də demokratikləşmə prosesləri ilə bağlı, digər ölkələrlə müqayisədə fərqli münasibət görürüksə, şübhəsiz, bu, çox təəssüfedici haldır. Bir daha əminəm ki, seçkilər yaxşı keçəcək, biz müşahidəçiləri dəvət edəcəyik. Lakin müşahidələr və bu müşahidələrə dair hesabatlar qabaqcadan formalaşmış seçki fikirləri ilə yox, ədalətli və qərəzsiz olmalıdır. Amma təəssüf ki, biz ötən zamanlarda bunun şahidi olmuşuq.

TARYA HALONEN: Həmkarımın fikirlərinə onu əlavə etmək istərdim ki, qarşıda gələn prezident seçkiləri bizim danışıqlarımızın mövzusu olubdur. Dəvətlərin gələcəyini eşitməkdən çox məmnun oldum və ümid edirəm ki, bunlar erkən dəvətlər olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO