RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə və Samux rayonuna səfəri
Gəncədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Bakı, 10 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı şəhərin Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Dövlətimizin başçısına məlumat verildi ki, meydanda geniş abadlıq işləri aparılmış, fəvvarə quraşdırılmış, sakinlərin istirahəti üçün maksimum lazımi şərait yaradılmışdır. Burada Heydər Əliyev muzeyi də fəaliyyət göstərir.
######