REGİONLAR
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
![](/files/galleryphoto/2024/2/1200x630/17172472202728933862_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472204607756130_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472205228642730_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472206507961290_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472201932432667_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472201161916340_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717247220991522892_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472206341957231_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472201309157569_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472206384210170_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472201534532331_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472201025112932_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472205938536350_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172472205624424978_1200x630.jpg)
Xırdalan, 1 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzülüb, xatirəsi ehtiramla anılıb.
Xırdalandakı Mədəniyyət Mərkəzində Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkil etdiyi böyük bayram şənliyi keçirilib.
Çıxışlarda bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub.
Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə çoxsaylı tədbirlər görülüb, layihələr həyata keçirilib. Həmçinin qeyd edilib ki, ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi bu il 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.
Daha sonra rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının balaca sakinlərinin ifasında hazırlanan bədii proqramda şanlı Zəfərimizə, qəhrəman şəhidlərimizə, Qarabağa həsr olunmuş mahnılar ifa olunub və maraqlı rəqs nömrələri nümayiş etdirilib.