REGİONLAR
Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb
![](/files/galleryphoto/2024/2/1200x630/1717248271417524767_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717248271224752386_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/171724827156295425_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172482712989159496_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172482712108128517_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172482711849939864_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172482715919837689_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/171724827151784651_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172482715947221539_1200x630.jpg)
Şirvan, 1 iyun, Aydın Yavərzadə AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birlikdə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov uşaq və yeniyetmələri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən belə tədbirlərin əhəmiyyətindən danışıb. Dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, ekoloji mədəniyyət haqqında fikirlər səsləndirilib.
Tədbirdə COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərarın önəmindən söhbət açılıb.
Daha sonra sərgiyə baxış keçirilib. Sərgidə 30-dan çox istedadlı uşaq, yeniyetmə və gəncin 40-a yaxın rəsm və əl işləri təqdim edilib. Çəkilmiş rəsm və əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, xatirə şəkli çəkilib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Şirvan Şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhəri, Salyan, Biləsuvar, Hacıqabul və Neftçala rayonunun məktəblilərinin ifasında konsert proqramı ilə davam edib.