CƏMİYYƏT
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17172510485992259495_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172510485901629488_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172510483750720129_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172510486060121399_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən bayram tədbiri keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunmasına Ədliyyə Nazirliyi xüsusi diqqət göstərir. Belə ki, ədliyyə naziri Fərid Əhmədov qadınların və yeniyetmə məhkumların cəza çəkdikləri penitensiar müəssisələrə baş çəkib, onlarla görüşüb, saxlanma şəraiti ilə tanış olub, tövsiyə və tapşırıqlarını verib. Cəmiyyətimizin həssas qrupu olan uşaqların müdafiəsi və inkişafı çərçivəsində yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının qorunması da daim diqqət mərkəzindədir.
4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü çərçivəsində cəza çəkən məhkum qadınların övladları ilə görüşü təşkil olunub.
Tədbirdə Ədliyyə naziri Fərid Əhmədovun təbriki oxunub. Tədbir iştirakçıları tərəfindən bu günün əhəmiyyəti, eləcə də ölkəmizdə qeyd olunması və həyata keçirilən işlər barədə çıxışlar edilib.
Tədbir konsert proqramı ilə davam edib, məhkumların ifasında mahnılar dinlənilib, rəqslər edilib. Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoular təqdim olunub, əyləncə attraksionları təşkil edilib.
Bayram şənliyi böyük maraq və sevinc hissi ilə qarşılanıb.