Azərbaycanın 3 yunan-Roma güləşçisi BRICS Oyunlarında medal qazanıb
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycanın üç yunan-Roma güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Tuncay Vəzirzadə (82 kiloqram), Məhəmməd Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Qeyd edək ki, multiidman yarışında Azərbaycanın sərbəst güləşçiləri 1 qızıl, 3 gümüş və 2 bürünc, qadın güləşçilər isə 1 qızıl və 1 bürünc medal əldə ediblər.