Bağçalarda müdir vakansiyası üçün keçirilmiş müsahibənin nəticələri açıqlanıb
Bakı, 20 iyun, AZƏRTAC
Bu ilin mart ayında məktəbəqədər təhsil müəssisələrində boş olan müdir vəzifəsi üçün müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə uğur qazanan namizədlər iyunun ilk ongünlüyündə Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələri tərəfindən müsahibələrə dəvət ediliblər.
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üzrə nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçirilib.
Nəticələri ilə bağlı namizədlər iyunun 21-dən 25-dək müsahibədə iştirak etdikləri təhsil idarələrinə apellyasiyaya müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi
- 10.05.2026 [10:12]