COP29
Monteneqronun sabiq Baş naziri: COP29-a hazırlıq prosesini dəstəkləməyə hər zaman hazırıq
Bakı, 20 iyun, AZƏRTAC
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantıda dünyadakı müxtəlif çağırışları nəzərə alaraq COP 29-a ən yaxşı şəkildə hazırlaşmaq barədə müzakirələr aparılır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında 2010-2012-ci illərdə Monteneqronun Baş naziri olmuş İqor Luksik söyləyib.
“Xüsusilə iqlim dəyişikliyinin yaşandığı bir zamanda bu tədbirin vacibliyini vurğulamaq istəyirəm. Hər bir çoxtərəfli tədbirdə olduğu kimi, COP iclasının da öz çətinlikləri var. Lakin biz inanırıq ki, bu il dünyada iqlim dəyişikliyi ilə mübarizə sürətlənəcək, eyni zamanda, davamlı gələcəyi təmin edəcək qərarlar qəbul olunacaq. Bildirmək istəyirəm ki, COP29-u səbirsizliklə gözləyirik və hazırlıq prosesini dəstəkləməyə hər zaman hazırıq”, - deyə İ.Luksik diqqətə çatdırıb.