CƏMİYYƏT
Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb
![Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb](/files/2024/2/1200x630/17172460505017749026_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müxtəlif vaxtlarda 8 nəfərin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla, ümumilikdə, 5320 manat pul vəsaitinin talanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlləri törədən əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov saxlanılıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onun əməllərindən zərərçəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.