Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli xanımlar və cənablar!
İlk növbədə, mən bizimlə görüşə gəldiyinizə görə sizin hamınıza minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, ölkəmizdə gedən prosesləri, əldə edilən nailiyyətləri və gələcək perspektivləri müzakirə etmək üçün yaxşı bir imkandır. Mən ölkəmiz və onun əhəmiyyəti haqqında deyilmiş xoş sözlərə, o cümlədən Azərbaycanın önəminə Avropadakı marağın artmasına çox məmnunam.
Bizim ölkəmizin böyük mədəniyyəti, tarixi və zəngin ənənələri var. Lakin müstəqil ölkə olaraq, beynəlxalq ictimaiyyətin bir üzvü kimi biz, sadəcə, 15 ildir yaşayırıq. Həmin illər müstəqilliyimiz və suveren inkişafımız üçün olduqca vacibdir. Çünki Sovet İttifaqı dağıldıqdan sonra biz müstəqillik əldə etdikdə, demək olar ki, ölkəmiz keçmiş sovet respublikaları arasında ən ağır vəziyyətdə idi. Bunu, digər ölkələrlə müqayisə edərək demək olar. Biz tam iqtisadi böhran və tənəzzül içərisində idik. Bu, vətəndaş müharibəsi və siyasi böhranla müşayiət edilirdi. Bütün zavodlar dayanmışdı, istehsal yox idi. Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz bütün problemləri daha da kəskinləşdirirdi. Belə bir vəziyyətdə müstəqilliyimizin gələcəyi sual altında idi. Lakin bizim Prezidentimiz Heydər Əliyevin siyasəti sayəsində bütün çətinliklər artıq keçmişdə qaldı. Biz iqtisadi tənəzzüldən iqtisadi artıma, siyasi böhrandan siyasi sabitliyə gəldik və bu, çox qısa tarixi müddət ərzində baş verdi.
Müstəqillik qazandığımız zaman Azərbaycanda özəl sektor yox idi. İndi isə ölkənin iqtisadiyyatında özəl sektorun rolu durmadan artır. Bizim özəl sektorun ümumi daxili məhsuldakı payı 81 faizdir. Ölkəmizdəki indiki siyasi sistem bizim tariximizdə əvvəllər heç zaman olmamışdır. Bu gün Azərbaycanda bütün təsisatlar var və ölkəmiz fəal surətdə Avropa təsisatlarına inteqrasiya olunur. Hazırda biz Avropa İttifaqı ilə əməkdaşlıq edirik və bu əməkdaşlıq yeni qonşuluq siyasəti çərçivəsində aparılır. Biz nüfuzlu beynəlxalq təşkilatlarla çox möhkəm münasibətlər qurmuşuq və ölkəmizdə siyasi islahatlar, demokratikləşmə güclü iqtisadi siyasətlə müşayiət olunur. Hazırda biz iqtisadi artım tempinə görə dünyada birinci yeri tuturuq. Qeyd edildiyi kimi, 2005-ci ildə ümumi daxili məhsul 26 faiz artmışdır. 2006-cı ildə bu artım 34,5 faiz təşkil etmişdir. Bu il də artım, ola bilsin ki, eyni səviyyədə saxlanılacaqdır.
Adətən keçid dövrünü yaşayan, bir siyasi sistemdən digər sistemə keçən ölkələr çətinliklərlə üzləşir. Çünki bu, sosial problemlərin artması ilə bağlıdır. Sovet İttifaqının süqutundan dərhal sonra əhalinin əksəriyyəti yoxsul vəziyyətə düşdü. Biz ölkəmizdə olduqca cəsarətli iqtisadi islahatlar aparmalı idik. Lakin eyni zamanda, bunu aparmaqla biz yoxsulluğun yayılmasının qarşısını almalı olduq.
Düşünürəm ki, əldə etdiyimiz nailiyyətlərdən ən əsası ümumi daxili məhsulun artımı və yaxud digər iqtisadi göstəricilər deyil, Azərbaycanda yoxsulluğun azaldılmasıdır. Çünki bizim bu sahədə siyasətimiz nəticəsində yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2006-cı ildə 20 faizə qədər azaldılmışdır. Biz gələn bir neçə il ərzində bunu daha da aşağı salacaq və ümumiyyətlə, yoxsulluğu aradan qaldıracağıq. Eyni zamanda, bu proses yeni iş yerlərinin açılması ilə müşayiət olunur. Son üç il ərzində Azərbaycanda 520 min yeni iş yeri açılmışdır və bunun çoxu qeyri-neft sektorunda yaradılmışdır. Bu, əsasən, regionlarda baş vermişdir. Qeyd etmək istərdim ki, neft hasil edən, neft bazarında özü üçün daha geniş yer tutan ölkə kimi çoxşaxəli iqtisadiyyatın olması bizim üçün olduqca vacibdir. Biz bəzi neft hasil edən ölkələrin mənfi təcrübəsini təkrarlamaq istəmirik. Yəni, orada insanların bir qismi daha da zənginləşir, qalan hissəsi isə daha da kasıb vəziyyətə düşür. Ona görə biz neft sərvətini insan kapitalına çevirmək istəyirik. Yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və iqtisadiyyatın şaxələndirilməsi bugünkü Azərbaycanın reallığını təşkil edir. Yəni, 10 il bundan əvvəl heç təsəvvür etmək mümkün deyildi ki, bizim ölkədə bu baş verəcəkdir. Amma indi bu reallıqdır.
Mən burada istehsalla bağlı bir çox iqtisadi göstəricilər barədə rəqəmləri misal gətirə bilərəm. Amma, sadəcə, bununla sizin vaxtınızı almaq istəmirəm. Bu gün Azərbaycanda iqtisadi və siyasi islahatlara çoxmilyardlıq sərmayələr yatırılmışdır, ölkəmiz olduqca dinamik surətdə inkişaf edir. Biz enerji sektorunda güclü siyasət həyata keçiririk. Azərbaycan iqtisadiyyatına son 10 il ərzində 30 milyarddan çox sərmayə yatırılmışdır. Eyni zamanda, biz olduqca əlverişli sərmayə mühiti yaratmışıq. Bizim ölkəmiz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş Sovet İttifaqı və Mərkəzi Avropa ölkələri arasında ilkin yerlərdən birini tutur.
Sərmayədarları əsasən enerji sektoruna cəlb etmişik. Biz qeyri-neft sektoruna da diqqət yetiririk. Bu, bizə, eyni zamanda, özümüzü təqdim etmək, xarici şirkətlər və banklar qarşısında daha etibarlı tərəfdaşa çevrilmək imkanını yaratdı. Artıq beynəlxalq səviyyədə zəngin təcrübə əldə etmişik, ölkəmizin nüfuzu daim artmaqdadır, bu gün iqtisadiyyatın müxtəlif sektorlarına çoxmilyardlıq kreditlər cəlb edə bilərik və bunu edirik. İlkin neft hasilatından gəlirlər əldə etdikdən dərhal sonra Dövlət Neft Fondunu təsis etmişik və həmin vəsaitlər hazırda Neft Fonduna yığılır. Ölkəmizin hər bir vətəndaşı bu gəlirlərin nə səviyyədə olduğunu bilir və bunlar beynəlxalq auditorlar tərəfindən yoxlanılır və mütəmadi olaraq hesabatlar çap edilir.
Eyni zamanda, biz hasilat sənayesi sahəsində şəffaflıq təşəbbüsünə də qoşulmuşuq və demək olar ki, enerji layihələrindən əldə olunan gəlirləri gizlətmək və yaxud da bəyan etməmək mümkün deyildir. Bu, etimad yaradır, əhali arasında hökumətə inamı artırır. Eyni zamanda, Neft Fondundan gəlirlərin xərclənməsi yalnız büdcə vasitəsilə, yəni nə qədər və nə məqsədlə sərf edilməsi ilə bağlı qərarı Milli Məclis qəbul edir və bu yolla qərarların qəbul edilməsində xalq da iştirak edir.
Sosial problemlər yaşayan ölkələrdə iqtisadi islahatlar aparmaqla yanaşı, ehtiyac içərisində yaşayan insanlara yardım göstərmək də olduqca vacibdir. Bizim olduqca güclü sosial siyasətimiz var, ildə ən azı, iki dəfə pensiyaları, əmək haqlarını artırırıq. Əhalimiz, xalqımız ilbəil daha yaxşı yaşayır. Beləliklə, bizim enerji siyasətimiz digər sektorların da inkişafı və iqtisadiyyatın daha da şaxələndirilməsi və infrastruktura sərmayələrin yatırılması üçün yaxşı imkan yaradır. Hazırda Azərbaycanda infrastruktur layihəsi çox sürətlə inkişaf edir. Eyni vaxtda, bir neçə elektrik stansiyası tikilir, şəhər və kəndlərə yollar çəkilir, magistral yollar salınır, xəstəxanalar, məktəblər inşa edilir. Son iki-üç il ərzində ölkədə 500-dən çox məktəb tikilmişdir. Hazırda onların hamısının internetə çıxışı var və buna görə də məktəbdəki gənclərimiz bu fürsətdən istifadə edərək, dünyada gedən hadisələri izləyirlər. Uzunmüddətli perspektivdə, bizim uğurlu gələcəyimizi neft və qaz deyil, məhz bu istiqamətlər - təhsil və peşəkarlıq müəyyən edəcəkdir. Eyni zamanda, mənfi təcrübəni də öyrənirik ki, bunu təkrarlamayaq. İnkişaf etmiş ölkələr buna necə başlamışdır? Hesab edirik ki, onların bir çoxu sıfırdan başlamışdır. Sizin ölkəniz, Almaniya son bir neçə onilliklər ərzində əhəmiyyətli uğurları məhz güclü siyasət, həmin siyasətə əhalinin verdiyi dəstək sayəsində və müasir texnologiyalar nəticəsində əldə etmişdir.
Ümumiyyətlə, texnologiyalar hər bir ölkənin uğurunu təmin edir. Ona görə, təhsil, yeni texnologiyalar və Avratlantik məkanına inteqrasiya - bütün bunlar bizim üçün prioritetlərdir. Bütün bu sahələrdə irəliləyişə nail olmaqdayıq. Biz ilkin olaraq, xarici şirkətləri Xəzər dənizinə dəvət etdik, - ondan əvvəl Xəzər dənizi xaricilər üçün bağlı idi, - sərmayələri cəlb etdik, neft hasil etməyə başladıq. Boru kəmərlərini çox çətin, mürəkkəb coğrafi və geosiyasi şəraitdə çəkməyə nail olduq. İndi Azərbaycanda hasil olunan neft böyük həcmdə Aralıq dənizi və Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılır. Bu məqsəd üçün üç boru kəməri mövcuddur. Eyni zamanda, bir trilyon kubmetrdən çox qaz ehtiyatı olan “Şahdəniz” yatağını aşkar etdikdən sonra, Azərbaycan dərhal Bakıdan Qərb istiqamətində qaz kəmərinin çəkilməsinə də başladı. Bu günlərdə Avropaya qaz boru kəmərinin tikintisi artıq başa çatdırılıb. Ola bilsin, gələn aylar ərzində biz daha çox qaz hasil edəcək, öz qonşularımız və Avropa üçün potensial təchizatçı ölkəyə çevriləcəyik.
Keçən ilin noyabrında biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma memorandumunu imzaladıq. Bu, həmin istiqamətdə atılan ilkin addımdır. Gələcəkdə əməkdaşlığımız daha da möhkəmlənəcəkdir. Etibarlı tərəfdaş, xarici ölkələrin əminliklə əməkdaşlıq etdiyi ölkə kimi biz müqavilələri parlamentdə ratifikasiya edirik ki, onların həyata keçirilməsi üçün təminat yaransın. Biz bu cür mühiti yarada bilmişik.
İndi biz inkişafımızın yeni mərhələsindəyik. Qeyri-neft sektorunun müxtəlif sahələrinə sərmayələr qoyuruq. Artıq bunun həyata keçirilməsi üçün özümüzün maliyyə gücümüz var. Biz kifayət qədər kapitala malik olan Dövlət Sərmayə Şirkətini yaratmışıq. Hazırda yerli və xarici şirkətləri dəvət edirik ki, onlar qeyri-neft sektoruna sərmayələr qoysunlar və iqtisadiyyat şaxələndirilsin. Bu, daxildə bizim iqtisadi prioritetlərimizi təşkil edir. Eyni zamanda, enerji sahəsinə gəldikdə, dünyada dəyişən şəraiti nəzərə alaraq, biz ənənəvi tərəfdaşlarımızla gələcək planlarımız naminə işləyirik. Biz Bakıdan Aralıq dənizinə neft boru kəmərini, eyni zamanda Türkiyəyə və oradan Avropaya qaz boru kəmərini çəkəndə enerji məsələləri dünya siyasətində vacib yer tutmurdu. İndi isə vəziyyət dəyişir. Hazırda enerji siyasi qərarların qəbul edilməsində əsas yer tutur. İndi isə, bu, fəal şəkildə, istər istehsalçılar, tranzit ölkələr və istərsə də, bəzən istehlakçılar tərəfindən siyasi məqsədlər üçün istifadə olunur. Ona görə biz özümüzü dəyişən dünyaya uyğunlaşdırmalıyıq. Biz yeni layihələri irəli sürürük.
Hazırda biz regionda Türkiyə-Gürcüstan-Azərbaycan arasında dəmir yolu xəttinin tikintisinə başlamışıq və daha sonra Avropaya çıxış əldə edəcəyik. Bundan sonra iki il ərzində uğur əldə etsək, - və mən əminəm ki, bu, belə də olacaq, - biz malların Asiyadan ölkəmizin ərazisi vasitəsilə Avropaya daşınmasında tranzit ölkəyə çevriləcəyik. Biz regional nəqliyyat qovşağına çevrilmək məqsədi ilə nəqliyyat infrastrukturu layihələrinə böyük sərmayələr qoyuruq və bu istiqamətdə artıq böyük işlər görmüşük. Bu, bizim qarşımızda duran yeni çağırışlardır.
Birmənalı olaraq, enerji ehtiyatlarımızın mövcudluğu bizə böyük üstünlüklər verir. Bizim qarşımızda duran çətin vəzifə çox riskli hesab olunan ölkəyə sərmayələri cəlb etmək, iki ölkədən və bəlkə də, daha çox yerlərdən keçən və o qədər də asan hesab olunmayan boru kəmərini çəkmək, bu regionda sülhü qorumaq, öz siyasətimizi həyata keçirmək və müstəqilliyimizi qoruyub saxlamaqdan ibarət idi. Bu gün bizim qarşımızda duran vəzifələr yüz faiz uğurla yerinə yetirilib, başa çatdırılıbdır.
Artıq biz enerji, daşıma, siyasi islahatlar və əməkdaşlıq sahələrində yeni mərhələyə qədəm qoyuruq. Bizim uğurumuzun vacib elementi ölkədə siyasi sabitliyin olmasıdır. Əgər hökumət ilə xalq arasında birliyə nail olmasaydıq, uğur mümkün olmazdı. Siyasi sabitlik və proqnozlaşdırma uğura aparan əsas amillərdir. Əgər biz dünyanın müxtəlif guşələrində və öz mühitimizdə uzun və qısa tarixə nəzər salsaq görərik ki, sabitlik olmayan yerdə dərhal iqtisadi tənəzzül müşahidə edilir, problemlər üzə çıxır, ölkənin müstəqilliyini qoruyub saxlamaq imkanları məhdudlaşır. Bizim bu sahədə gördüyümüz işlər siyasi islahatların aparılmasına, iqtisadi vəziyyətin dəyişdirilməsinə və beynəlxalq təşkilatlarla yeni formatda əməkdaşlığın qurulmasına imkan yaratdı.
Bu, bizim seçimimizdir. Azərbaycanın seçimi ondan ibarət idi ki, Avratlantik strukturlarına inteqrasiya olunsun və indi biz bu istiqamətdə NATO ilə tərəfdaşlığımızda nəzərəçarpan irəliləyiş əldə etmişik. Biz “Fərdi tərəfdaşlığa dair fəaliyyət planı”nı imzalamışıq. Altı ildən çoxdur ki, Avropa Şurasının üzvüyük. Bu da bizim seçimimizdir. Heç kim bizi bu addımı atmağa məcbur etməmişdir. Ötən ilin noyabr ayında biz Avropa İttifaqı ilə yeni qonşuluq siyasəti çərçivəsində beşillik tədbirlər planını imzalamışıq. Bunun çox elementləri var və həmin sənəddə siyasi islahatların aparılması ən vacib meyardır.
Azərbaycanın inkişafının digər elementi sülh şəraitində yanaşı yaşamaqdır. Biz bir çox millətlərin nümayəndələrinin yaşadığı ölkəyik və müxtəlif dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Bu, bizim inkişafımız üçün vacibdir. Bu müsbət təcrübə digər yerlərdə də öyrənilə bilər. Bu gün dünyada yaşanan problemlərdən biri müxtəlif dinlərin nümayəndələri arasında artan gərginlikdir. Biz sivilizasiyalararası dialoq haqqında çox eşidirik. Lakin bir çox hallarda reallıqda bunun əksini görürük. Biz gərginliyi, qarşılıqlı surətdə şübhəli yanaşmanı, o cümlədən insanlar arasında ziddiyyətlər və bəzən də qarşıdurmanı görürük. Azərbaycanda isə bütün dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Nə Konstitusiyada, nə də gündəlik həyatda heç bir ayrı-seçkilik yoxdur. Bu, bizi daha da güclü edir. Bu, bizi mədəni baxımdan daha da zənginləşdirir. Biz öz dinimizi, öz mədəniyyətimizi yüksək dəyərləndiririk və eyni zamanda, digər dinlərə və mədəniyyətlərə yüksək dərəcədə hörmət edirik. Əminəm ki, Azərbaycanın təcrübəsi, xüsusilə bu cür mühüm tarixi baxımdan digər yerlər üçün faydalı ola bilər.
Lakin, eyni zamanda, əlbəttə, ölkədə problemlər də mövcuddur. Çünki hər bir şey bizim üçün yenidir. Müstəqilliyimizin, müstəqil inkişafımızın 15 ilinin ilk beş-altı ili sabitləşmə dövrü idi. Yalnız 1996-cı ildə iqtisadi tənəzzülü dayandıra bildik. 1991-ci ildən 1996-cı ilə qədər olduqca böyük böhran var idi. 1996-cı ildən 2005-ci ilə qədər ölkədə iqtisadi inkişaf hər il on faiz səviyyəsində olmuşdur. Artıq qeyd etdiyim kimi, 2005-ci ildən etibarən iqtisadi artım daha yüksək sürətlə gedir.
Lakin bir çox sosial, psixoloji problemlər hələ də qalır. Çünki bizim nəsil başqa sistemdə yaşamışdır. Bu, Sovet İttifaqının sistemi idi, orada məhdudiyyətlər mövcud idi. Bu, elə bir sistem idi ki, hər bir ölkənin inkişafı üçün vacib olan bütün məsələlər, misal üçün, insan hüquqları məsələsi, ümumiyyətlə, mövcud deyildi. Demokratik sistem, ümumiyyətlə, mümkün deyildi. Bu, sadəcə təkpartiyalı sistemi idi. Biz bu sistemdə yaşayırdıq. Ona görə dəyişikliklər hətta insanların şüurunda belə asan olmur. Xüsusən də əgər biz iqtisadi problemlərimizi görürdüksə, digər ölkənin təcavüzünə məruz qalmışdıqsa, bunun nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün yaranmışdısa, bu, olduqca çətin idi. Demək olar ki, bu, adambaşına düşən göstəriciyə görə dünyada ən yüksək göstəricidir. Yəni 8,5 milyonluq əhaliyə 1 milyon məcburi köçkün və qaçqın düşür. Hökumət onların problemlərinə qayğı ilə yanaşır. Hökumət onlara maliyyə və ərzaq yardımı göstərir. Bu, böyük bir humanitar fəlakətdir. Əlbəttə ki, bu, əlavə problemlər yaradır.
Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli geniş regional inkişaf üçün ən başlıca məsələdir. Biz bu ədalətsiz vəziyyətə son qoymalıyıq. XXI əsrdə beynəlxalq hüququn əsas prinsipi pozulmuşdur. 1 milyon azərbaycanlının insan hüquqları da pozulubdur. 700 min azərbaycanlı Azərbaycanın Dağlıq Qarabağla qonşu olan 7 rayonunda etnik təmizlənməyə məruz qalmışdır. 250 min azərbaycanlı Ermənistanın daxilindən qovulubdur, onlar orada öz ata-baba torpaqlarında yaşayırdılar. Təqribən 50 min azərbaycanlı Dağlıq Qarabağda yaşadığı torpaqlarından qovulubdur. Artıq on ildən çoxdur ki, bu problem həll olunmamış qalır. Hazırda biz əlimizdən gələni edirik ki, məsələni dinc yolla həll edək. Biz sülh danışıqlarına sadiqik. Amma bu, nə qədər çəkə bilər? Bu sülh danışıqları nə qədər çəkəcəkdir?
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz, dərhal çıxarılması tələb edilir. Amma Ermənistan buna məhəl qoymur. Avropa Şurasının iki il bundan öncə qəbul etdiyi qətnamədə aydın şəkildə deyilir ki, Ermənistan təcavüzkardır və Azərbaycana qarşı təcavüz etmişdir. Bu qətnamə də diqqətdən kənarda qalır. Ermənistan beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun vasitəçilərinin məsələnin dinc yolla həllinə yönəlmiş cəhdlərini kobudcasına pozur. Ermənistan tərəfi iki dəfə danışıqlar masasını tərk etmişdir. Biz orada dinc nizamlamaya artıq yaxın idik. Belə bir halda biz danışıqlar prosesini necə davam etdirə bilərik? Bizim səbrimiz artıq tükənməkdədir. Ona görə bu vəziyyət tamamilə aydın qavranılmalıdır. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcəkdir. Bizim ərazi bütövlüyümüz Birləşmiş Millətlər Təşkilatı, bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır və dəstəklənir. Bu yaxınlarda onlar “Dağlıq Qarabağ Konstitusiyası” ilə bağlı səsverməni pisləmişlər. Avropa Şurası, Avropa İttifaqı, ATƏT-in Minsk qrupunun həmsədrləri və dünyanın aparıcı dövlətləri bunu pislədi. Hamıya aydındır ki, Dağlıq Qarabağ tarixi baxımdan Azərbaycanın ərazisidir. Ermənilər oraya XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən köçürülmüşdür. Onlar gəlib orada məskən salmış, sonradan çoxluq təşkil etmiş və həmin ərazidə separatist meyillərə başlamışlar.
Biz heç vaxt Dağlıq Qarabağa müstəqilliyin verilməsinə razılaşmayacağıq. Biz onlara nə verə bilərik? Yüksək özünüidarə statusu verə bilərik ki, bu da Azərbaycan dövlətinin hüdudları çərçivəsində olmalıdır. Bunun üçün Avropada, dünyada modellər var; milli azlıqlar özünüidarə, yüksək muxtariyyət statusuna malikdirlər, yaşadıqları ölkələr tərəfindən dəstəklənirlər və sülh şəraitində yaşayırlar. Biz bunu təklif edirik. Lakin biz qeyri-adi və ya qəbul edilə bilməyən bir məsələni təklif etmirik və ərazi bütövlüyümüzlə bağlı heç vaxt güzəştə getməyəcəyik. Biz etnik təmizləmə siyasəti ilə heç vaxt razılaşa bilmərik. Bu, uğursuz siyasətdir. Ancaq indi qüvvələr nisbəti artıq dəyişibdir. Bu il Azərbaycanın iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından 7 dəfə güclüdür. Gələn 5-6 il ərzində 20-30 dəfə çox olacaqdır. Onlar bizimlə rəqabət aparmaq iqtidarında deyil, Ermənistanın Azərbaycanla rəqabət aparmaq gücü artıq tükənibdir. Onlar bu prosesi davam etdirə bilməyəcəklər. Biz güclü iqtisadiyyata malikik.
Ölkəmizdə neft hasilatı cari il ərzində gündə təqribən 800 min barrel, gələn il isə 1 milyon barreldən çox olacaqdır. Biz bu yaxınlarda böyük qaz hasilatına başlayacağıq. Dünya Bankının hesablamalarına görə, gələn 20 il ərzində Azərbaycan orta qiymətlərlə 140 milyard dollar gəlir əldə edəcəkdir. Biz bunu necə istifadə edəcəyik? Biz məktəblər, xəstəxanalar, elektrik stansiyaları və körpülər tikəcəyik, yollar çəkəcəyik, Azərbaycanı tamamilə müasirləşdirəcəyik. Eyni zamanda, ordumuzu da gücləndirəcəyik. Ermənistan bunu bilməlidir. Onlar nə edə bilərlər? İndi onlar hər hansı bir daşınma marşrutlarından, sadəcə, kənarda qalıblar. Biz Ermənistanın ərazisindən kənar keçən neft və qaz boru kəmərləri çəkmişik. Biz indi olduqca güclü regional tərəfdaşlıq və əməkdaşlıq ərəfəsindəyik.
Prezident kimi mənim üçün Dağlıq Qarabağ problemi bir nömrəli problemdir. Biz çalışırıq ki, bu problemi tamamilə aradan qaldıraq və inkişafımızı ən yüksək səviyyəyə gətirək, siyasi sistemi getdikcə möhkəmləndirək, qonşularla əməkdaşlığımız daha da genişlənsin. Bizim bütün qonşularımızla yaxşı əlaqələrimiz var. Bu, həm siyasi, həm iqtisadi və həm də digər sahələrə aiddir. Avratlantik məkanına, Avropa İttifaqına, NATO-ya inteqrasiyamız çox yaxşıdır. Gələcəkdə bizim hansı problemimiz ola bilər? Biz yoxsulluğu azaldırıq, işsizliyi aşağı salırıq və Azərbaycanda əhalinin həyatı daha da yaxşılaşır və cəmiyyəti bir araya gətiririk, səfərbər edirik. Bütün cəmiyyət Dağlıq Qarabağ probleminin həllinə töhfə verməlidir. On ildən çox müddət ərzində hansısa bir nəticə olmasa da, biz yenə də danışıqlar prosesindəyik. Bu onu göstərir ki, biz məsələnin dinc yolla həllində səmimiyik, müharibənin yenidən başlanmasını istəmirik. Müharibə fəlakətdir. Eyni zamanda, biz oturub gözləyə bilmərik ki, bir gün gələcək və Ermənistan rəhbərliyi qərar qəbul edəcək ki, onlar işğala son qoysunlar. Ona görə bu problemə çox güclü beynəlxalq diqqət yetirilməlidir.
Mən bilmirəm, çıxış üçün nə qədər vaxtım qalıbdır. Bəlkə mən bu problem haqqında daha təfərrüatlı danışa bilərdim. Bu, nəinki bizim üçün, ümumiyyətlə, region üçün vacibdir. Çünki region dinamik surətdə inkişaf edir və Azərbaycan bunun lokomotividir. Enerji, daşınma layihələri bizim tərəfimizdən başlanmışdır və indi bunlar tamamilə yeni bir vəziyyət yaradır. Burada giriş sözündə qeyd edildi və müzakirələrdə vurğulandı, bu gün, dünən aparılmış görüşlər zamanı da deyildi ki, Xəzər dənizi, Qara dəniz və Mərkəzi Asiya əməkdaşlıq formatı artıq görünür. Bu əməkdaşlıq formatı digər elementlərlə yanaşı, bünövrəsində enerji gündəliyini saxlayır. Ona görə biz olduqca böyük regional inkişaf ərəfəsindəyik. Həmin separatçı münaqişələr, sadəcə, vaxtla işləyən bombaya bənzəyir və bunlar hər yerdə eynidir. Dağlıq Qarabağda, Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı bölgədə - hamısında eynidir.
Onların hamısı təcavüzkar separatçı siyasətin təzahürüdür, hamısında etnik təmizləmə siyasəti aparılmışdır, hamısı humanitar fəlakətlə nəticələndi və çoxsaylı qaçqın-köçkünlər təbəqəsi yarandı. Onların nəticəsində Gürcüstan, Moldova və Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Həmin tanınmamış qondarma “respublikalar” elə bir zonalardır ki, orada heç bir beynəlxalq monitorinq və nəzarət yoxdur. Bizim məlumatımıza əsasən, orada bir çox qeyri-qanuni işlər aparılır. Biz kifayət qədər məlumat əldə etmişik ki, Dağlıq Qarabağda narkotiklərin və silahların qanunsuz dövriyyəsi, terrorçulara sığınacağın verilməsi və çirkli pulların yuyulması halları müşahidə olunur. Onlar, çox şeyləri gizlətmək üçün əlverişli yerlərdir. Onlar mövcuddurlar, lakin hüquqi baxımdan mövcud deyillər. Bu səbəbdən də beynəlxalq monitorinq və nəzarət yoxdur. Bu, qlobal xarakterə malik olan bir problemdir. Mən ümid edirəm ki, Azərbaycanın fəal diplomatiyası, regional işlərdə iştirakı, iqtisadi potensialı və siyasi iradəsi bunun həllinə yardımçı olacaqdır.
Mən eyni zamanda, Azərbaycan-Almaniya münasibətləri haqqında danışmaq istərdim. Onlar bu günə qədər çox uğurla inkişaf etmişdir. Bunun bariz nümunəsi mənim Almaniyaya iki il yarım ərzində səfərlərim olubdur. Bu, mənim ikinci rəsmi səfərimdir. Bundan əvvəl mən Almaniyada işgüzar səfərdə olmuşdum. Bizim iş adamlarından ibarət böyük nümayəndə heyətimiz mənimlə buraya gəlibdir, burada Almaniya-Azərbaycan biznes forumu təşkil olunacaqdır. Biz müxtəlif layihələr üzərində işləmək arzusundayıq. İstəyirik ki, Azərbaycanda işləmək üçün mümkün qədər çox alman şirkətlərini dəvət edək. Nəinki sərmayə qoymağa, eyni zamanda, podrat və xidmət şirkətlərini də dəvət edirik ki, onlar keyfiyyətli iş görsünlər. Bu cür iqtisadi fəaliyyət bizim siyasi əlaqələrimizi birmənalı olaraq gücləndirir, bunlar çox uğurludur və müsbətdir. Əminəm ki, bu səfər tərəfdaşlığımızı möhkəmləndirəcək, Azərbaycan Avropaya daha da yaxınlaşacaq və gələcəkdə Avropa-Qafqaz və Avropa-Mərkəzi Asiya arasında daha geniş regional əməkdaşlıq üçün yeni perspektivlər açılacaq və dünya daha sabit olacaqdır.
Diqqətinizə və səbrinizə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir?

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması oların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub