Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNƏ SƏFƏRİ
QAX RAYONU
QAX ŞƏHƏR PARKINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNƏ SƏFƏRİ  QAX RAYONU QAX ŞƏHƏR PARKINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Qax rayonunda olmuşdur.

Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə 20 Yanvar və Azərbaycan küçələrinin kəsişməsində yerləşən şəhər parkına gəldilər.

Əvvəllər Veteranlar parkı kimi tanınan bu ərazinin sahəsi 1 hektardır. Bu ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işləri aparılmış, parkın mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi qoyulmuşdur. Abidənin müəllifi heykəltəraş Akif Əsgərovdur. Ətrafda hər biri üç hissədən ibarət olan iki fəvvarə quraşdırılmışdır.

Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmış, yeni oturacaqlar qoyulmuşdur. Səkkiz mindən çox dekorativ ağac, gül və kol əkilmiş, çəmənlik salınmışdır. Müasir səviyyəli yeni işıqlandırma sistemi gecələr buraya xüsusi yaraşıq verir. Parkın ərazisində milli memarlıq üslubunda Veteranlar evi də tikilmişdir.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsinin üzərindən ağ örtüyü götürdü. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.

Parkda görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdi.

Rayon Veteranlar Şurasının sədri ƏLİ BABAYEV dövlətimizin başçısına müraciətlə dedi:

-Hörmətli cənab Prezident!

Xoş gəlib, səfa gətirmisiniz!

Mehriban xanım, xoş gəlib, səfa gətirmisiniz!

Bütün qonaqlar xoş gəliblər!

Hörmətli Prezident, biz üçüncü dəfədir görüşürük. Birinci dəfə Mehriban xanım dəvət etmişdi, Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunda keçirilən tədbirdə görüşmüşdük. O vaxt bizi çox təntənə ilə yola saldınız. Onu heç vaxt unutmuram. İkinci dəfə 2006-cı il aprelin 12-də ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısında görüşmüşük. Bu da üçüncü görüşümüzdür. Arzum budur ki, biz daim görüşək.

Hörmətli İlham müəllim, bir veteran kimi, bir Azərbaycan vətəndaşı kimi mən çox sevinirəm ki, Sizin rəhbərliyinizlə və təşkilatçılığınızla respublikada, Bakıda, bütün rayonlarda böyük işlər görülür. O cümlədən respublikamızın ən kiçik rayonlarından olan Qaxda son vaxtlar geniş yenidənqurma işləri gedir, bunların hamısını görəcəksiniz. Veteranlar evi və Heydər Əliyev muzeyi yeni tikilmişdir. Veteranlar evi əvvəldən var idi, ancaq yaxşı deyildi, yenidən tikdilər. Çox sağ olsunlar.

Siz həm camaatın qeydinə çox əla qalırsınız, həm də abadlıq işlərinə xüsusi diqqət yetirirsiniz. Biz veteranlara qayğını lap yüksəyə çatdırmısınız. Çox sağ olun, həmişə var olun.

Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

-Sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, Qax rayonunda işlər yaxşı gedir. Siz qeyd etdiniz, mən iki il bundan əvvəl gəlmişdim. İndi yenidən gəlmişəm. Bilirəm ki, çoxlu dəyişikliklər var. Yəqin ki, siz də bunların hamısını görürsünüz. Son bir neçə ay ərzində böyük dəyişikliklər baş veribdir. Mən çox şadam ki, burada belə gözəl abadlıq, quruculuq işləri aparılır, insanların yaxşı yaşaması üçün bütün şərait yaradılır. Mən əminəm ki, gələcək illərdə də bu işlər bu sürətlə davam edəcəkdir və Qax Azərbaycanın ən qabaqcıl rayonlarından birinə çevriləcəkdir. Bunun üçün bütün imkanlar var. Gözəl təbiəti var, burada çox zəhmətkeş insanlar yaşayırlar. Həm kənd təsərrüfatının, həm də turizmin inkişafı üçün böyük potensial var. İndi Bakı-Balakən avtomobil yolunun tikintisinə başlamışıq. Bu da gözəl, çox müasir yol olacaqdır.

Bu gün mən Zaqatalada beynəlxalq aeroportun açılışında iştirak etdim. Yəni bütün bunlar bu zonanın inkişafı üçün çox vacib amillərdir. Beynəlxalq aeroportun istismara verilməsi o deməkdir ki, həm Bakıdan, həm də Azərbaycanın başqa şəhərlərindən, başqa ölkələrdən turistlər gələcəkdir. Bunun üçün burada gözəl şərait olmalıdır. Təbii şərait var. Ancaq biz elə etməliyik ki, həm gözəllik, həm rahatlıq baxımından, həm də ən müasir standartlar baxımından həm Qax rayonunda, həm də bütün ətraf rayonlarda çox yaxşı imkanlar olsun. Bax, Qaxın timsalında biz görürük ki, qısa müddət ərzində çox iş görmək olar. Əgər iradə varsa, düzgün qərarlar qəbul olunursa və əlbəttə ki, bütün fəallar bu işlərdə iştirak edirsə, istənilən məsələni həll etmək mümkündür. İndi Azərbaycanın inkişafı elədir ki, istənilən məsələ öz həllini tapır. Bütün ölkədə belə gözəl parklar, yollar, aeroportlar, xəstəxanalar, məktəblər, idman qurğuları tikilir. Bütün bunlar Qaxda da olmalıdır və olacaqdır.

Mənim yadımdadır, keçən dəfə burada olanda “Uludağ” turizm mərkəzinə baş çəkmişdim. İndi belə yerlər çox olmalıdır və çox yaxşı olar ki, belə turizm yerləri yüksək səviyyədə olsun. Yuksək səviyyədə olsa, dünyanın istənilən yerindən buraya turistlər gələcəkdir. Çünki, belə təbiət az yerlərdə var. Mən dünyanı görmüşəm, çox ölkələrdə olmuşam. Çox nadir hallarda belə gözəl təbiət, təbii iqlim, hava - yəni turizmin inkişafı üçün lazım olan bütün şərait vardır. Siz Azərbaycanın belə, ən gözəl guşələrinin birində yaşayırsınız. Mən çox istəyirəm ki, burada insanların yaşaması üçün bütün şərait olsun. Azərbaycanın inkişafı hərtərəfli olsun, güclü olsun. Bu da var.

Bilirsiniz ki, indi Azərbaycan iqtisadi artım sürətinə görə dünyada birinci ölkədir. Özü də bir il deyil, dörd il ardıcıllıqla. Buna nail olmaq elə də asan məsələ deyildir. Dünyada 200-dən çox ölkə var, inkişaf etmiş, inkişaf etməmiş, orta səviyyəli ölkələr var. Amma bütün bu ölkələr arasında birinci olmaq, özü də dörd il ardıcıllıqla - bu, çox böyük bir nailiyyətdir. Əlbəttə, bu, statistik rəqəmlərdir. Amma bu statistik rəqəmlər insanların gündəlik həyatında da öz əksini tapır. Baxın, artan maddi imkanlar nəyə gətirib çıxarıbdır?! Pensiyalar artır, maaşlar artır, minimum əmək haqqı artır. Düzdür, biz istəyirik ki, daha da böyük sürətlə artsın. Hələ ki, bu minimum təminat bizi qane edə bilməz. Bu da həqiqətdir. Əgər dinamikaya baxsaq görərik ki, son 5 il ərzində dövlət xərcləri təxminən 8-10 dəfə artıbdır. Azərbaycan xalqı dinc şəraitdə yaşayır. Azərbaycanda təhlükəsizlik var, sabitlik var, insanlar çox yaxşı yaşayırlar, bu da hər bir ölkənin inkişafını şərtləndirən əsas amillərdən biridir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayırlar. Azərbaycan çoxmillətli ölkədir, o cümlədən Qax rayonunda müxtəlif millətlərin nümayəndələri yaşayırlar. Bir ailə kimi yaşayırlar, heç bir ayrı-seçkilik, necə deyərlər, anlaşılmazlıq yoxdur. Həm dövlət siyasəti belədir, həm də Azərbaycan xalqının qəlbi təmizdir. Azərbaycan xalqı həmişə başqa xalqlarla mehribanlıq şəraitində yaşamışdır. Bütün Azərbaycan vətəndaşları bir ailə kimi yaşayır. Bu da çox vacibdir. Elə ölkələr var ki, orada başqa millətdən bir nəfər də yoxdur. Fakt - bizim qonşuluğumuzdakı Ermənistan monodövlətdir. Orada heç bir başqa millət yaşamır. Amma Azərbaycanda bütün millətlər yaxşı yaşayır. Bizim gördüyümüz işlər - bu inkişaf, abadlıq, quruculuq işləri Azərbaycanda yaşayan bütün millətlər üçündür. Bax, belədir bizim nəticələrimiz. Gələcəkdə də görüləsi çox işlər var və biz hamımız bu işlərdə çox fəal olmalıyıq. Həm dövlət, mənim bölgələrdəki nümayəndələrim, həm də rayonların fəalları. Mən burada gəncləri də görürəm, gənclər də fəal olmalıdırlar, digərləri də.

ŞƏKƏR ABDULLAYEVA (şəhər 2 nömrəli məktəb-liseyin direktoru):

-Cənab Prezident!

Respublikamızın bu gözəl guşəsində Sizi görməyimizə çox şadıq. Qaxlılar Sizi çox böyük intizarla, səbirsizliklə gözləyirdilər. Sizin keçəndəfəki gəlişinizdən sonra, doğrudan da, Qaxımız əsl mənada dəyişibdir. Bizim mahnımızda deyilir ki, “Bir də dön Qaxa bax”. Doğrudan da, Qax indi elədir ki, Siz bir dəfə baxmaqla doymayacaqsınız. Gərək bir neçə dəfə Qaxa baxaq. Sizin dediyiniz kimi, gələcəkdə Qax bütün Azərbaycanda ən gözəl rayonlardan birinə çevriləcəkdir.

Sizin və Mehriban xanımın Qax camaatına göstərdiyiniz qayğını biz çox yüksək qiymətləndiririk. Mən 45 ildən artıqdır, müəllimə işləyirəm, 40 ildir məktəb direktoruyam. İşlədiyim bu illər ərzində Azərbaycanda heç vaxt indiki qədər sürətli inkişaf görməmişəm. Heç vaxt təhsilə belə qayğı göstərildiyini görməmişəm. Siz təkcə yeni məktəblər tikməklə, məktəbləri təmir etməklə kifayətlənmirsiniz, təhsil işçilərinə mənəvi cəhətdən də dayaqsınız. Bu bizi ürəkdən sevindirir. Sizin müəllimlər və məktəblər üzrə keçirdiyiniz müsabiqədən sonra müəllimlərimiz daha böyük nailiyyətlər əldə etmək üçün yeni yollar axtarıb tapmağa çalışırlar. Rayonumuzun bir məktəbi, yəni mənim rəhbərlik etdiyim məktəb-lisey də 50 məktəb sırasına düşdü və balaca rayon olsaq da, altıncı yerdə qərarlaşdıq. Məktəbimizin ədəbiyyat müəllimi, rayonumuzun digər bir ibtidai sinif müəllimi də bu müsabiqədə yer tutdular. Bunların hamısı üçün Sizə minnətdarıq. Mən ulu öndərimizin dövründə “Şərəf nişanı” ordeni, Sizin dövrünüzdə isə “Əməkdar müəllim” adı almışam. İndən sonra bütün həyatımı dövlətimizin daha da möhkəmlənməsinə sərf edəcəyəm. Biz uşaqlari elə tərbiyə edəcəyik ki, onlarda yüksək vətənpərvərlik hissi formalaşsın, dövlətçiliyə, müstəqilliyimizə, azadlığımıza onlarda məhəbbət hissi formalaşdıra bilək. Qalan ömrümün hamısını buna həsr edəcəyəm. Mən çox şadam ki, Siz həmişə xalqlasınız. Sizin xalqla olmağınız, xalqın da Sizinlə olmağınıza gətirib çıxarır. Biz qarşılıqlı şəkildə bir-birimizi çox sevirik. Qaxlılar Sizi lap çox sevirlər, Mehriban xanımı da çox sevirlər. Mehriban xanımın təşəbbüsü ilə Qaxda neçə-neçə məktəb inşa olunubdur. Mən hər ikinizə öz minnətdarlığımı bildirirəm. Sizə bir ana kimi, bir ağbirçək kimi öz minnətdarlığımı, öz təşəkkürümü bildirirəm və ümidvarıq ki, Siz Qaxa olan qayğınızı indən sonra daha da artıracaqsınız. Camaatımızın belə bir fikrini də Sizə çatdırmaq istəyirəm ki, Prezidentimiz Qaxda daha çox olsun, Qaxa daha tez-tez gəlsin. Mehriban xanım da, Prezident də Qaxa tez-tez gəlsinlər.

Qaxa gəldiyinizə, bizi yad etdiyinizə görə, bizimlə ünsiyyətdə olduğunuza görə Sizə təşəkkürümü bildirirəm. Ümidvarıq ki, Siz bizim rayonumuzun, respublikamızın çiçəklənməsi üçün, lider dövlət olan Azərbaycan Respublikasının dünyada daha da yüksək zirvələrə qaldırılması üçün bundan sonra da çalışacaqsınız. Biz Sizə cansağlığı, uzun ömür arzulayırıq. Sağ olun.

İLHAM ƏLİYEV: Mən beş il bundan əvvəl Azərbaycan xalqına söz vermişdim ki, əgər mənə etimad göstərilərsə, doğma xalqıma xidmət edəcəyəm. Beş il keçdi, düzdür çox tez keçdi, amma bu beş il ərzində çox işlər görülübdür. Daha da çox işlər görməliyik.

MASİKO BABACANAŞVİLİ (İngiloy Kötüklü kənd orta məktəbinin direktoru):

-Cənab Prezident, mən Sizi salamlayıram. Mən azsaylı xalqın nümayəndəsiyəm. Çox şadam Sizin gəlməyinizə. Heydər Əliyev Fondunun prezidentinə, Azərbaycanın birinci xanımı Mehriban xanıma gürcü xalqı adından təşəkkür edirəm. Gürcü dilində olan məktəblərə dərslik verdiyinizə görə çox sağ olun, var olun. Gürcü xalqı adından çox minnətdaram.

Hörmətli Prezident, Sizin xarici səfərlərinizi çox izləyirəm. Yüz prezident olsa da, Sizi izləyirik. Ona görə ki, Azərbaycan və gürcü xalqlarının dostluğu əbədidir. Biz, Qax rayonunun kəndlərində yaşayan 8 minə qədər gürcülər hamısı Sizinləyik. Sözlə yox, işlə! Eşq olsun müstəqil Azərbaycana! Sağ olun.

İLHAM ƏLİYEV: Çox sağ olun. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır və bu, bizim uğurumuzun əsas şərtidir. Azərbaycanda bütün millətlər arasında yaranmış bu gözəl mehriban münasibətlər ən yüksək zirvədədir. Bir də demək istəyirəm ki, bu, həm dövlət siyasətidir, həm də insanların ürəyində olan duyğulardır. Bizim gücümüz birliyimizdədir. Azərbaycan tarixində heç vaxt milli zəmində ayrı-seçkilik olmamışdır, heç vaxt da olmayacaqdır. Burada yaşayan xalqların hamısı bütün gözəl imkanlardan bəhrələnirlər. Heç vaxt bizdə milli zəmində nəinki problem, kiçik bir anlaşılmazlıq da olmamışdır və olmamalıdır və əminəm ki, olmayacaqdır. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb

BDU Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə əməkdaşlıq edəcək

Toni Kroos karyerasını başa vuracağını açıqlayıb

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb VİDEO

Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib

2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb

BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib

“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib

Qubada bilyard turniri keçirilib

Kubada birgünlük matəm elan edilib

Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar

Mikrobiologiya İnstitutu ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib

Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub VİDEO

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb VİDEO

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Yüksək nəticə göstərən şagird: Uğur əldə etmək üçün nizam-intizamlı olmaq mütləqdir FOTO

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib