AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKONUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, mayın 2-də Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü oldu.
Görüşdə Azərbaycan-Belarus əlaqələrinin bütün sahələrdə - siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişaf etdiyi vurğulandı. Bildirildi ki, Belarus rəhbərinin ölkəmizə indiki səfəri bu münasibətlərin daha da genişlənməsinə təkan verəcəkdir.
Dövlət başçıları Azərbaycan-Belarus əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirdilər.