Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun təkbətək görüşü
Bakı, 17 may (AZƏRTAC). Mayın 17-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun təkbətək görüşü olmuşdur.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Dövlət başçıları ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdilər.
Prezidentlər Azərbaycan-Çexiya münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etdilər.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######
![]() |
![]() |

