AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ MİSİR PREZİDENTİ HÜSNİ MÜBARƏKİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 6-da Qahirədə, Misir dövləti başçısının sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Hüsni Mübarəkin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan Prezidentinin bu səfərinin qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə imkan yaradacağına əminlik vurğulandı.
Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.