Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun görüşü
Bakı, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun görüşü olmuşdur.
Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Zirvə Toplantısının əhəmiyyəti qeyd edildi, bu sammitin təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Azərbaycanın və Tacikistanın dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından razılıq ifadə etdilər.
Görüşdə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin güclənməsində rolu qeyd olundu, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.